Pleyeri seçin:

"Dedilər ki, vura bilmərik, çıxmalıdır" | Bu uşaqlar niyə bağçaya qəbul olunmur? - Baku TV

21 may 2026 295 baxış

Valideynlərin ən çox narahat olduğu məsələlərdən biri də xüsusi qayğıya ehtiyacı olan uşaqların bağçalara qəbulu prosesidir. Xüsusilə şəkərli diabet, autizm və digər bu kimi xəstəliklərdən əziyyət çəkən uşaqların bəzi məktəbəqədər təhsil müəssisələrində müxtəlif çətinliklərlə üzləşdiyi bildirilir.

Valideyn Hədiyyə Qurbanbəyli övladının üzləşdiyi problem haqda Baku TV-yə danışıb.

“Uşağımızı sentyabrın birindən bağçaya qoymuşduq. Bu ay öyrəndik ki, o, şəkərli diabet xəstəsidir. Bundan sonra bağça rəhbərliyi uşağı qəbul etməkdən imtina edir. İnsulin iynəsini vura bilməyəcəklərini və uşağın mütləq bağçadan çıxmalı olduğunu bildirirlər”, – o söyləyib.

Bəs xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bağçalarda şərait necə təşkil olunmalıdır?

Tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov qeyd edir ki, bu qrupdan olan uşaqlar üçün xüsusi nəzarət mexanizmləri müəyyən edilməlidir:

“Çünki onların lazımi tibbi preparatlarla vaxtında təmin olunması və fizioloji durumlarının nəzarətdə saxlanılması vacibdir. Belə uşaqlar üçün bağçalarda ayrıca şkaflar ayrılmalı, qanda şəkərin səviyyəsini ölçən xüsusi cihazlar və digər zəruri tibbi ləvazimatlar saxlanılmalıdır. Eyni zamanda uşaqların vaxtlı-vaxtında qidalanmasına ciddi nəzarət edilməli, onların rasionuna uyğun qida məhsulları mütləq ayrıca seçilməli və rejimə uyğun təqdim olunmalıdır. Lazımi şərait yaradıldıqdan sonra belə uşaqların bağçaya getməsində heç bir risk yoxdur”.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların bağçalarda təhlükəsiz və rahat şəkildə təhsil alması üçün tətbiq olunmalı mexanizmlərə toxunan təhsil üzrə ekspert Ramin Nurəliyev isə bildirir ki, xroniki xəstəliyi olan uşaqların bağçalarda təhsil alması üçün həmin müəssisələrdə tərbiyəçilərlə yanaşı, loqopedlərin, fizioterapevtlərin və psixoloqların da fəaliyyət göstərməsi mütləqdir:

“İnklüziv təhsillə bağlı BMT-nin xüsusi qətnaməsi mövcuddur və xroniki xəstəliyi olan uşaqların təhsildən kənarda saxlanılması qətiyyən qəbuledilməzdir. Əgər hər hansı bir məktəbəqədər təhsil müəssisəsi bu qrupdan olan uşaqların qəbulunu həyata keçirirsə, valideyn də tam qanuni şəkildə həmin müəssisədə xüsusi dayələrin fəaliyyət göstərməsini tələb edə bilər”.

“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 295 baxış
“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 295 baxış
“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 295 baxış
“Övladım Yasamaldan gəlir” | Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər? - Baku TV

“Övladım Yasamaldan gəlir” | Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 295 baxış
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib

Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib

Cəmiyyət
21 sentyabr 2026 295 baxış
Məhkəmənin ilk baxış iclası oktyabrın 5-nə təyin edilib

Məhkəmənin ilk baxış iclası oktyabrın 5-nə təyin edilib

Cəmiyyət
21 sentyabr 2026 295 baxış
Son dəqiqə: Ramiz Mehdiyevin məhkəmə iclasının vaxtı dəyişdi - Baku TV

Son dəqiqə: Ramiz Mehdiyevin məhkəmə iclasının vaxtı dəyişdi - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 295 baxış
Ramiz Mehdiyevin məhkəməsindən yeni detallar - Baku TV CANLI

Ramiz Mehdiyevin məhkəməsindən yeni detallar - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 295 baxış
Əlixan Rəcəbov da şikayətçidir: Səbail sakinlərinin problemi nə vaxt həll ediləcək? - Baku TV CANLI

Əlixan Rəcəbov da şikayətçidir: Səbail sakinlərinin problemi nə vaxt həll ediləcək? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 295 baxış
Göz müayinəsi insult riskinin erkən aşkarlanmasına imkan yarada bilər

Göz müayinəsi insult riskinin erkən aşkarlanmasına imkan yarada bilər

Cəmiyyət
21 sentyabr 2026 295 baxış
Seçilmişlər
icon