Pleyeri seçin:

"Hamısı qaçdı üstümə, ayağımdan dişlədilər" | Şamaxıda sahibsiz it problemi

22 noyabr 2025 737 baxış

Şamaxıda sahibsiz itlərin sayı günü-gündən artır. Küçələrdə sürü şəklində gəzən itlər sakinlərə təhlükə yaradır.

Sakinlər iddia edirlər ki, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, məsələ həllini tapmayıb.

“Millət bu itlərin əlindən boğaza yığılıb. O gün uşaqları itin əlindən güclə aldım. Mən nə qədər onları qovacağam?! Aidiyyəti qurumlar buna bir çarə tapsınlar”, – narazı sakinlərdən biri söyləyib.

Heyvanın hücumuna məruz qalan uşaq isə belə deyib: “İt üstümə qaçaraq ayağımdan dişlədi. Məni xəstəxanaya güclə çatdırdılar. İtlərin əlindən çölə çıxmağa qorxuram”.

Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2024-cü ildə rayon ərazisində mövcud olan sahibsiz itlər üçün Rayon İcra Hakimiyyətinin və şəhər bələdiyyəsinin təşəbbüsü ilə müvəqqəti sığınacaq yeri yaradılıb və 250-dən artıq sahibsiz itin qeyd olunan sığınacaqda yerləşdirilməsi təmin olunub:

“Sahibsiz itlər müvəqqəti sığınacaqda saxlanılarkən özlərini “heyvanların müdafiəçisi” və “ictimai fəal” kimi təqdim edən, əslində isə sahibsiz itlərin saxlanılmasına heç bir dəstək göstərməyən bəzi şəxslər müxtəlif vaxtlarda sığınacağın işinə yersiz müdaxilələr edərək fəaliyyətinə mane olublar. Sığınacaq bir ildən artıq müddətdə fəaliyyət göstərib, hazırda işləmir”.

Şamaxı Rayon İcra Hakimiyyətindən həmçinin qeyd olunub ki, rayon ərazisindəki sahibsiz itlər üçün mövcud norma və qaydalara uyğun müvafiq sığınacağın yaradılması məsələsinə baxılacaq.

Banner
Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 737 baxış
"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 737 baxış
"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

Cəmiyyət
04 noyabr 2026 737 baxış
Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 737 baxış
Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Cəmiyyət
04 noyabr 2026 737 baxış
“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 737 baxış
Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Cəmiyyət
04 noyabr 2026 737 baxış
Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Cəmiyyət
04 noyabr 2026 737 baxış
Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 737 baxış
Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Cəmiyyət
03 noyabr 2026 737 baxış
Seçilmişlər
icon