Pleyeri seçin:

"Lotu Quli"ni öldürənlərə hökm oxundu

06 aprel 2024 524 baxış

2020-ci ildə Türkiyənin Antalya şəhərində qətlə yetirilən və kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qətlində şübhəli bilinən şəxslərə hökm oxunub.

Təqsirləndirilənlərdən 29 yaşlı Xaqan Zeynalov və yaşıdı Əmir Həmidli ömürlük, Əli Mövlamlı və Rəsul Həsənov isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Həbs olunmayan dörd təqsirləndirilən şəxsə isə bəraət verilib.

Hadisə ilə bağlı axtarışda olan və hələ də tutulmayan Cəfər Əlizadə, Namiq Canıyev və Xanımnisə Məmmədovanın cinayət işinin icraatı ayrılıb. Camal Həsənov isə bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2020-ci il avqustun 20-də gecə saatlarında Boğazkent rayonunda yerləşən hotelin restoranında Nazir Əzizoğlunun adına olan şəxsiyyət vəsiqəsindən istifadə edən “Lotu Quli”yə yaxın adamlardan Xaqan Zeynalov baş nahiyəsindən iki güllə vurub.

N.Səlifovun adamlarının cavab atəşi açması nəticəsində yaralanan Xaqan Zeynalov hoteldən çıxaraq onu gözləyən Əmir Həmidlinin idarə etdiyi kirayə avtomobillə qaçıb. Hadisə yerinə gələn həkim briqadasının ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılan N.Səlifov dünyasını dəyişib.

Bakırköy Prokurorluğunun göstərişi ilə İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları tərəfindən aparılan araşdırmada hadisənin kriminal aləmdə “Lənkəranski” ləqəbi ilə tanınan və 18 avqust 2016-cı ildə Beşiktaşda qətlə yetirilən Rövşən Canıyevin qətlinin qisasını almaq məqsədilə törədildiyi müəyyən edilib.

Metroda yeni mərhələ | Xətlərin ayrılması nəyi dəyişdirəcək? - Baku TV

Metroda yeni mərhələ | Xətlərin ayrılması nəyi dəyişdirəcək? - Baku TV

Cəmiyyət
11 avqust 2026 524 baxış
Cəlbedici təklif verilir, əslində isə... | Onlayn alış-veriş edənlərə xəbərdarlıq - Baku TV

Cəlbedici təklif verilir, əslində isə... | Onlayn alış-veriş edənlərə xəbərdarlıq - Baku TV

Cəmiyyət
11 avqust 2026 524 baxış
Uşaq evindən milli yığmaya: 9 yaşında ailəsi onu atdı, indi isə milli yığmamızın futbolçusudur

Uşaq evindən milli yığmaya: 9 yaşında ailəsi onu atdı, indi isə milli yığmamızın futbolçusudur

Cəmiyyət
11 avqust 2026 524 baxış
"Şəhərdəkiləri yığırlar, burada yandırırlar, qiyamətdir!" | Dəhşətə gətirən mənzərə - Baku TV

"Şəhərdəkiləri yığırlar, burada yandırırlar, qiyamətdir!" | Dəhşətə gətirən mənzərə - Baku TV

Cəmiyyət
11 avqust 2026 524 baxış
DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

Cəmiyyət
11 avqust 2026 524 baxış
Beton panellərin dibindən su axır

Beton panellərin dibindən su axır

Cəmiyyət
11 avqust 2026 524 baxış
İçərişəhərdə biabırçı mənzərə: tariximizə kim qəsd edir? - AKTUAL GÜNDƏM

İçərişəhərdə biabırçı mənzərə: tariximizə kim qəsd edir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
11 avqust 2026 524 baxış
“Qanunsuzluqdur, şikayət edəcəyəm!” - Vətəndaş niyə aldığı maşını sığorta etdirə bilmir? - Baku TV

“Qanunsuzluqdur, şikayət edəcəyəm!” - Vətəndaş niyə aldığı maşını sığorta etdirə bilmir? - Baku TV

Cəmiyyət
11 avqust 2026 524 baxış
Gözəl təbiəti olan bu kənddə yaşamaq niyə mümkünsüzləşib? - Baku TV CANLI

Gözəl təbiəti olan bu kənddə yaşamaq niyə mümkünsüzləşib? - Baku TV CANLI

Cəmiyyət
11 avqust 2026 524 baxış
Əhali "yoxa çıxır" | Bir vaxtlar ailələrlə dolu olan bu kənddə nə baş verir? - Baku TV

Əhali "yoxa çıxır" | Bir vaxtlar ailələrlə dolu olan bu kənddə nə baş verir? - Baku TV

Cəmiyyət
11 avqust 2026 524 baxış
Seçilmişlər
icon