Pleyeri seçin:

"Report" İnformasiya Agentliyi Firidun bəy Köçərli mükafatına layiq görüldü

03 mart 2025 480 baxış

"Report" İnformasiya Agentliyi Firidun bəy Köçərli mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, "Azedu.az" təhsil portalının təşkilatçılığı ilə martın 3-də Bakıda keçirilən təqdimat mərasimində mükafat Agentliyin direktoru Fuad Hüseynəliyevə təqdim olunub.

Fuad Hüseynəliyev təqdimat mərasimində çıxışı zamanı rəhbərlik etdiyi Agentliyin təkcə işıqlandırdığı xəbərlərlə deyil, həm də təsis etdiyi "Report Media Məktəbi" ilə də təhsil sahəsinə töhfə verdiyini vurğulayıb.

"Report Media Məktəbi"nin tələbələri hazırda "Report" İnformasiya Agentliyində, eləcə də digər media qurumlarında çalışırlar. Biz üç aya yaxın müddəti əhatə edən təlimlərdə çalışırıq ki, tələbələrə media sahəsində təhsil ötürə bilək və universitet həyatında öyrənilən nəzəri bilikləri praktika ilə əvəzləyək", ‒ deyə Fuad Hüseynəliyev bildirib.

Qeyd edək ki, mükafata layiq görülənlər arasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə, Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova və Bakı şəhəri 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova da yer alıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov çıxışında müəllimlik peşəsinin cəmiyyət üçün rolundan danışıb.

"Müəllim ədaləti, əxlaqı və nəfsi yerində olan şəxsdir. Bu gün Firidun bəy Köçərli adına təsis olunan mükafatı aldıq. O, çox böyük şəxsiyyət və saydığım həmin xüsusiyyətləri layiqli şəkildə daşıyan müəllim olub", ‒ deyə Anar İskəndərov vurğulayıb.

Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova isə Şuşada təhsilin yüksək səviyyədə tədris olunduğunu deyərək bildirib ki, təhsilin keyfiyyətinin daha da artması üçün yeni planlar, tədbirlər və addımlar gözlənilir.

Banner
Yol nişanları milliləşdirilməlidir?

Yol nişanları milliləşdirilməlidir?

Cəmiyyət
02 noyabr 2026 480 baxış
“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

Cəmiyyət
02 noyabr 2026 480 baxış
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 480 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 480 baxış
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 480 baxış
"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
01 noyabr 2026 480 baxış
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

Cəmiyyət
01 noyabr 2026 480 baxış
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
01 noyabr 2026 480 baxış
"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

Cəmiyyət
01 noyabr 2026 480 baxış
Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Cəmiyyət
01 noyabr 2026 480 baxış
Seçilmişlər
icon