Pleyeri seçin:

"Sui-istifadə edirlər" | Təcili yardım sürücülərinin şok əməlləri - Baku TV

19 aprel 2026 588 baxış

Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə bağlı növbəti hadisə qeydə alınıb.

Belə ki, paytaxtın Nəsimi rayonu ərazisində təcili yardım avtomobilinin sürücüsü zəruri tibbi çağırış olmadan xüsusi işıq və səs siqnallarından istifadə edərək yolun əks istiqamətinə çıxıb, qoşa xətti keçərək digər hərəkət iştirakçıları üçün real təhlükə yaradıb.

Qayda pozuntusuna yol verən sürücünün sərxoş olduğu və narkotik vasitə qəbul etdiyi faktı da aşkarlanıb.

Təəssüf ki, bu kimi hallara zaman-zaman rast gəlinir. Bəzi hallarda təcili tibbi yardım avtomobillərinin sürücüləri çağırış olmadığı halda sürət həddini aşır, yol hərəkəti qaydalarını pozur. Nəticədə, yol-nəqliyyat hadisələri baş verir, hətta ölüm faktları qeydə alınır.

Maraqlıdır, təcili tibbi yardım avtomobillərini idarə edən sürücülər hansı meyarlarla işə qəbul olunur? Onların fiziki və psixoloji vəziyyəti yoxlanılırmı?

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, təcili tibbi yardım sürücülərinin işə qəbulu zamanı namizədlərin sağlamlıq vəziyyəti, psixoloji durumu və hüquqi statusu xüsusi diqqətlə qiymətləndirilir.

Qurumdan qeyd olunub ki, sürücülər işə qəbul olunarkən narkoloji dispanserdən arayış, psixoloji mərkəzdən arayış, sağlamlıq haqqında tibbi arayış və məhkumluğun olub-olmaması barədə arayış təqdim etməlidirlər. Bu sənədlər namizədin zərərli vərdişlərdən uzaq olduğunu, psixoloji və fiziki cəhətdən peşəyə yararlı olduğunu, həmçinin hər hansı hüquqi məhdudiyyətinin olmadığını təsdiqləyir.

Banner
“Gecə bizi narahat edirlər” | Sakinlərdən şikayət | “O icazəni onlara kim verib?!” - Baku TV

“Gecə bizi narahat edirlər” | Sakinlərdən şikayət | “O icazəni onlara kim verib?!” - Baku TV

Cəmiyyət
04 noyabr 2026 588 baxış
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi nümayiş etdirildi - Baku TV

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi nümayiş etdirildi - Baku TV

Cəmiyyət
04 noyabr 2026 588 baxış
Şəkillərin silinməsi üçün sahiblərindən pul tələb olunur

Şəkillərin silinməsi üçün sahiblərindən pul tələb olunur

Cəmiyyət
04 noyabr 2026 588 baxış
"Nə etmisən sən mənim saçıma?!" | Salonda qadının başına oyun açıldı? | "Yığışdır onu!" - Baku TV

"Nə etmisən sən mənim saçıma?!" | Salonda qadının başına oyun açıldı? | "Yığışdır onu!" - Baku TV

Cəmiyyət
04 noyabr 2026 588 baxış
Bakı və Tiflis Rusiya və Qərbin regional maraqları arasında? - AKTUAL GÜNDƏM

Bakı və Tiflis Rusiya və Qərbin regional maraqları arasında? - AKTUAL GÜNDƏM

Cəmiyyət
04 noyabr 2026 588 baxış
Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 588 baxış
"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 588 baxış
"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

Cəmiyyət
04 noyabr 2026 588 baxış
Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 588 baxış
Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Cəmiyyət
04 noyabr 2026 588 baxış
Seçilmişlər
icon