"Ukrayna dairəsi" ilə bağlı rəsmi açıqlama | Hansı dəyişikliklər olacaq?
Paytaxtda nəqliyyat vasitələrinin hərəkəti üçün ən çətin yol hesab olunan “Ukrayna dairəsi”ndə təmir işlərinə başlanılıb.
Görülən işlər nəticəsində sözügedən ərazidə yeni dairəvi hərəkət sxemi təşkil olunacaq.
Layihə çərçivəsində mövcud dairənin yerində yeni turbo tipli dairənin inşası planlaşdırılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, yeni layihəyə əsasən, Məhəmməd Hadi küçəsindən Vunq Tau küçəsinə, həmçinin Neapol və Aşıq Ələsgər küçələrindən Məhəmməd Hadi küçəsinə dairəyə daxil olmadan birbaşa sağa hərəkət etmək olacaq:
“Dairədə hərəkət 3 zolağa bölünəcək. Həmçinin yol kəsişmələrində piyada təhlükəsizliyinin təmin olunması üçün səki sahələri və eyni səviyyəli piyada keçidləri təşkil ediləcək. Layihə həyata keçirildikdən sonra münaqişəli nöqtələr minimuma endirilərək təhlükəsizlik təmin olunacaq, dairənin buraxılış qabiliyyəti artırılacaq, hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq, piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək”.