Pleyeri seçin:

"Xəstəliklər kəskinləşir, çünki..." | Tez-tez xəstələnməmək istəyirsinizsə, bunları bilin - Baku TV

02 fevral 2026 659 baxış

İqlim dəyişiklikləri və temperaturun tez-tez dəyişməsi insanların gündəlik həyatına və sağlamlığına ciddi təsir göstərir. Bir çox insan havanın soyuması və ya qəfil istiləşməsi zamanı halsızlıq, yorğunluq, yuxululuq və immun sisteminin zəifləməsi kimi problemlərlə qarşılaşır. Bu hallar xüsusilə uşaqlar, yaşlılar və işləyən şəxslər arasında daha çox müşahidə olunur.

Bəs hava şəraiti ilə insan orqanizmi arasında hansı əlaqə var?

Paytaxt sakinləri bu mövzu ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.

“Fəsillərlə birbaşa əlaqəsi olduğunu düşünmürəm. Məncə, bu, insanların qida rasionunun zəif olması ilə bağlıdır. Fastfud tipli qidaların çox istehlakı nəticəsində orqanizm lazımi vitaminləri ala bilmir”, – deyə sakinlərdən biri bildirib.

Digər bir vətəndaş isə qeyd edib: “Ola bilsin ki, insan orqanizmi müəyyən fəslə uyğunlaşır və növbəti fəsildə dəyişikliklərə adaptasiya etməkdə çətinlik çəkir”.

Həkim Adil Qeybullanın sözlərinə görə, soyuqdan istiyə və istidən soyuğa keçid dövrlərində bir sıra xəstəliklərin kəskinləşməsi müşahidə olunur:

“Xüsusilə mədə-bağırsaq xəstəlikləri, onikibarmaq bağırsaq xorası, bəzi nevrozlar, ürək-damar xəstəlikləri, tromboz və digər ağırlaşmalar bu dövrlərdə daha çox qeydə alınır. Bu, əsasən orqanizmin mövsümi dəyişikliklərə uyğunlaşma prosesində yaşadığı streslə izah olunur”.

O qeyd edib ki, xəstə şəxslər, hamilə qadınlar, yaşlı insanlar və orqanizmin müdafiə resursları zəif olan şəxslər sözügedən keçid dövrlərini daha çətin keçirirlər. Buna görə də onlar sağlamlıqlarına xüsusi diqqət yetirməlidirlər.

Mütəxəssislər bildirirlər ki, oksigenlə zəngin şimal küləyində gəzinti, Günəş şüalarından mütəmadi faydalanmaq, musiqi dinləmək, vitamin və minerallarla zəngin qidaların rasionda üstünlük təşkil etməsi, eləcə də müasir dövrdə həyatımızda mühüm yer tutan texnologiyalardan mümkün qədər az istifadə etmək immun sisteminin gücləndirilməsinə kömək edə bilər.

Banner
Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”

Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”

Cəmiyyət
20 oktyabr 2026 659 baxış
"Alfa Woman Academy"dən iddialara münasibət - Baku TV

"Alfa Woman Academy"dən iddialara münasibət - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 659 baxış
"Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV

"Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 659 baxış
"Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”

"Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”

Cəmiyyət
20 oktyabr 2026 659 baxış
Tbilisidə meyiti tapılan Aysunun ailəsi ədalət tələb edir - Baku TV CANLI

Tbilisidə meyiti tapılan Aysunun ailəsi ədalət tələb edir - Baku TV CANLI

Cəmiyyət
20 oktyabr 2026 659 baxış
Minimum əməkhaqqının artırılması kimlərin maaşına təsir edəcək? - Baku TV

Minimum əməkhaqqının artırılması kimlərin maaşına təsir edəcək? - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 659 baxış
Əhalinin nəzərinə | Hava şəraiti sizi necə heyrətə gətirəcək? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hava şəraiti sizi necə heyrətə gətirəcək? - Baku TV CANLI

Cəmiyyət
20 oktyabr 2026 659 baxış
"4 il məcbur qaldım ki..." | Evsiz və işsiz kimsəsizlər üçün hansı imkanlar yaradılır? - Baku TV

"4 il məcbur qaldım ki..." | Evsiz və işsiz kimsəsizlər üçün hansı imkanlar yaradılır? - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 659 baxış
“Leonardo Art School” və “MiniBoss Business School” birgə təhsil proqramına başladı

“Leonardo Art School” və “MiniBoss Business School” birgə təhsil proqramına başladı

Cəmiyyət
20 oktyabr 2026 659 baxış
6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi

6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi

Cəmiyyət
20 oktyabr 2026 659 baxış
Seçilmişlər
icon