Pleyeri seçin:

Qürbətdə öldü, 22 gün basdırılmadı, bəstəkarlar onu yoldan çıxardı - Firəngiz Rəhimbəyova

27 noyabr 2023 537 baxış

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

“Bəxt üzüyü” filmində “Seda” obrazı ilə tanınan Firəngiz Rəhimbəyovaya həsr olunan verilişdə həmkarları onunla bağlı xatirələrini bölüşüblər.

Xalq artisti Siyavuş Kəriminin sözlərinə görə, Firəngiz Rəhimbəyova öz potensialından kifayət qədər istifadə edə bilməyib:

“Firəngizin səs tembri çox yaxşı idi. Onu keyfiyyətsiz mahnılarla yoldan çıxaran bəstəkarlar var idi. Firəngiz də çalışırdı ki, həmin əsərlərə müasirlik gətirsin”.

İlk ailə həyatı uğurlu olmayan müğənni 1993-cü ildə Amerikaya səfər edir və daha sonra birdəfəlik ABŞ-yə köçmək qərarına gəlir.

1999-cu ildə amerikalı memarla ailə həyatı quran Firəngiz Los-Anceles şəhərində yaşamağa qərar verir. O, burada rus restoranlarında müğənnilik edir və kiçik bizneslə məşğul olurdu.

Əməkdar artist Gülşad Baxşıyeva həmkarının Amerikaya gedəcəyini öyrənəndə yaşadığı hisslərdən danışıb:

“Amerikaya gedəcəyini deyəndə elə bildim ki, nəyisə itirdim. O, Azərbaycanda qalmaq və Amerikaya getmək barədə seçim qarşısında idi. Dayısının dəvəti ilə Amerikaya getdi”. 2017-ci ildə Firəngiz Bakıya “Bəxt üzüyü 2” filmində yenidən “Seda” roluna çəkilmək üçün dəvət alır.

Müğənni 16 avqust 2022-ci ildə Amerikada ürək tutmasından dünyasını dəyişir. O, ölümündən 22 gün sonra dəfn olunur.

Banner
"Sabah" və "Barselona" oyunu günü şəhərdə nəqliyyat necə təşkil olunacaq? - Baku TV CANLI

"Sabah" və "Barselona" oyunu günü şəhərdə nəqliyyat necə təşkil olunacaq? - Baku TV CANLI

Cəmiyyət
24 noyabr 2026 134 baxış
"Hər dəfə 15 kq ət alırıq" | 10 uşaqlı ailənin bir günü necə keçir? - ARZUNUN VAXTI

"Hər dəfə 15 kq ət alırıq" | 10 uşaqlı ailənin bir günü necə keçir? - ARZUNUN VAXTI

Cəmiyyət
24 noyabr 2026 151 baxış
Müharibənin dayanması kifayət edəcək? | Təhlükəsizlik üçün hansı yol seçiləcək? - ƏSAS XƏBƏR

Müharibənin dayanması kifayət edəcək? | Təhlükəsizlik üçün hansı yol seçiləcək? - ƏSAS XƏBƏR

Cəmiyyət
24 noyabr 2026 142 baxış
Kiçik fermerlər böyük təsərrüfatlara qoşulur, qazanc müqavilə ilə həll olunur - AKTUAL GÜNDƏM

Kiçik fermerlər böyük təsərrüfatlara qoşulur, qazanc müqavilə ilə həll olunur - AKTUAL GÜNDƏM

Cəmiyyət
24 noyabr 2026 156 baxış
Qiymətli metalın bir unsiyasının qiyməti 3500 dollar səviyyəsinədək geriləyib

Qiymətli metalın bir unsiyasının qiyməti 3500 dollar səviyyəsinədək geriləyib

Cəmiyyət
24 noyabr 2026 151 baxış
Təhlükəli hava şəraiti yaxınlaşır | FHN-dən xəbərdarlıq - Baku TV CANLI

Təhlükəli hava şəraiti yaxınlaşır | FHN-dən xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
24 noyabr 2026 117 baxış
“Ölümündən əvvəl sevgilisi ilə dalaşıb” | Meyiti tapılan prodüser Elmir Məhərrəmovla bağlı detallar

“Ölümündən əvvəl sevgilisi ilə dalaşıb” | Meyiti tapılan prodüser Elmir Məhərrəmovla bağlı detallar

Cəmiyyət
24 noyabr 2026 115 baxış
Söyüdlü küçəsinə məişət tullantılarını kim boşaldır?

Söyüdlü küçəsinə məişət tullantılarını kim boşaldır?

Cəmiyyət
24 noyabr 2026 114 baxış
Qızılın ucuzlaşması Azərbaycan bazarına necə təsir edəcək? - Baku TV

Qızılın ucuzlaşması Azərbaycan bazarına necə təsir edəcək? - Baku TV

Cəmiyyət
24 noyabr 2026 108 baxış
“Bəlkə, çəkilişdən sonra ayılarlar” | Binəqədidə dəhşətli mənzərə | “Adam evinə necə girsin?!”

“Bəlkə, çəkilişdən sonra ayılarlar” | Binəqədidə dəhşətli mənzərə | “Adam evinə necə girsin?!”

Cəmiyyət
24 noyabr 2026 95 baxış
Seçilmişlər
icon