Pleyeri seçin:

Rafael İsgəndərov şəhid olan dostu Müşfiq Abbasov haqqında danışdı

01 dekabr 2024 555 baxış

Baku TV iki oğlu ilə könüllü olaraq döyüşlərə qatılan və şəhidlik zirvəsinə ucalan, Birinci Qarabağ savaşında da iştirak etmiş Müşfiq Abbasov haqqında reportaj hazırlayıb.

M.Abbasov Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb və 6 oktyabr 2020-ci ildə rayonun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin sərəncamları ilə M. Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

Atası ilə xatirələrindən danışan Şamil Abbasov M.Abbasovun övladlarını kiçik yaşlarından vətənpərvər ruhda böyütdüyünü deyib:

“Atam qardaşları ilə birlikdə Birinci Qarabağ müharibəsində iştirak edib. O, həmişə göstərdiyi döyüş şücaətlərindən bəhs edərdi. Bizi də vətənə, müharibəyə yararlı bir döyüşçü, əsgər olmağa hazırlayırdı. Biz əsgərlikdə öz yoldaşlarımızdan fiziki gücümüz, güllə atmaq qabiliyyətimizə görə həmişə fərqlənmişik. Bunun səbəbkarı elə atam olub”.

Şəhidin dostu aktyor Rafael İsgəndərov Müşfiq Abbasovla son görüşündən bəhs edib.

“Müharibəyə getməmişdən bir həftə əvvəl bizə gəldi. Oturduq, söhbət etdik. Döyüşlərə qatılacağını söylədi. Dedim ki, Müşfiq, sənin 50 yaşın var, vicdanın, Vətən qarşısında təmizsən, bəlkə getməyəsən. O da “Mənim 50 yaşım var, onun 18 ilini Ağdamda yaşamışam, 2 ilini Rusiyada keçirmişəm. Qalan 30 ilini isə mən yaşamamışam” dedi”, – deyə aktyor bildirib.

Şəhidin oğlu İntiqam Abbasov atasının şəhidlik zirvəsinə yüksəldiyi gün haqqında danışıb:

“Həmin gecə Goranboy çox qaranlıq idi, ayın işığı belə görünmürdü. Axşam da atamla danışmışdım. Bir az keçəndən sonra hamı yatmağa getdi, mən yatmadım. Çox narahat idim. Hər gün səhər 5-6 radələrində atam zəng edirdi. Saat 8-ə işləmişdi, hələ də zəng etməmişdi. Hiss edirdim ki, bütün hərbi hissə atamın şəhid olduğunu bilir, amma mənə demirlər. Atama zəng etdim. Döyüş yoldaşı cavab verdi, əmim də yanında idi. Mənə dedi ki, əmin yaralanıb, təcili gəl. Dedim ki, mən gəlsəm, nə olacaq ki? Döyüşə gəlmişik, yaralana da, şəhid də ola bilərik. Belə deyəndə əmim ağladı. Telefonu yerə qoyub balaca qardaşıma zəng etdim, onda bildim ki, atam şəhid olub”. 

Banner
Binəqədidə yaşayan vətəndaşlar üfunət qoxusundan şikayət edirlər - Baku TV CANLI

Binəqədidə yaşayan vətəndaşlar üfunət qoxusundan şikayət edirlər - Baku TV CANLI

Cəmiyyət
10 oktyabr 2026 555 baxış
243 kq çəkili qadının həyatı necə dəyişdi? - "Kök olduğu üçün dedi ki, öləndə oğlumdan gizlədin..."

243 kq çəkili qadının həyatı necə dəyişdi? - "Kök olduğu üçün dedi ki, öləndə oğlumdan gizlədin..."

Cəmiyyət
10 oktyabr 2026 555 baxış
DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR

DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR

Cəmiyyət
10 oktyabr 2026 555 baxış
Siniflər birləşdirildi, yüksək bal toplayan müəllim niyə kənarda qaldı? - Baku TV CANLI

Siniflər birləşdirildi, yüksək bal toplayan müəllim niyə kənarda qaldı? - Baku TV CANLI

Cəmiyyət
10 oktyabr 2026 555 baxış
Vahid məktəbli formasının əsas məqsədi... | Ekspertlər məsələyə münasibət bildirdi - Baku TV

Vahid məktəbli formasının əsas məqsədi... | Ekspertlər məsələyə münasibət bildirdi - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 555 baxış
Həftəsonu üçün plan quran sakinlərə hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI

Həftəsonu üçün plan quran sakinlərə hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
10 oktyabr 2026 555 baxış
“Dedi ki, burada mənəm, Bağdadda kor xəlifə!” | Ferma sakinlərin başına oyun açır? - Baku TV

“Dedi ki, burada mənəm, Bağdadda kor xəlifə!” | Ferma sakinlərin başına oyun açır? - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 555 baxış
“Bu, çox ciddi məsələdir” | Pensiyalarla bağlı yeni qayda məbləğə necə təsir edəcək? - Baku TV

“Bu, çox ciddi məsələdir” | Pensiyalarla bağlı yeni qayda məbləğə necə təsir edəcək? - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 555 baxış
“Beləsi asfaltdan da gözəldir” | Şəhidin adını daşıyan küçədə sakinlərdən nümunəvi addım - Baku TV

“Beləsi asfaltdan da gözəldir” | Şəhidin adını daşıyan küçədə sakinlərdən nümunəvi addım - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 555 baxış
Gecə yemək kökəldir: həqiqət, yoxsa mif? - Piylənmə hansı xəstəliklərin riskini artır? - BAKU MED

Gecə yemək kökəldir: həqiqət, yoxsa mif? - Piylənmə hansı xəstəliklərin riskini artır? - BAKU MED

Cəmiyyət
10 oktyabr 2026 555 baxış
Seçilmişlər
icon