Pleyeri seçin:

Rusiyalı bloger Bakıda hava limanında çətin anlar yaşadı

09 dekabr 2023 659 baxış

Ailəsi ilə birlikdə Azərbaycana gələn turist vətəninə geri qayıda bilməyib.

Rusiyalı blogerə ölkədən çıxışına məhdudiyyətin qoyulduğuna görə hava limanında gözləməli olduğu bildirilib. O, bu anları göz yaşları içində çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Məlum olub ki, blogerin ölkədən çıxışına qoyulan məhdudiyyət onun şəxsi telefonu ilə bağlı olub.

“AzInTelecom” MMC-nin şöbə müdiri İlkin Əhmədli bildirib ki, xarici ölkə vətəndaşı Azərbaycana gələn zaman xarici ölkə mobil operatoruna məxsus nömrə ilə fasiləsiz xidmət ala bilər:

“Lakin yerli mobil operatorlara məxsus mobil nömrəni taxdığı zaman artıq 30 gün müddətinə sərbəst olaraq istifadə edə biləcəklər. 30 gün bitdikdən sonra cihaz qeydiyyatdan keçirilməzsə, bu halda şəbəkədən istifadə dayandırılır”. Bu halda turistin ölkədən çıxışına da məhdudiyyət qoyulur.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Rusiya vətəndaşı Filina Saxiba ölkəsindən Azərbaycana gələn zaman ona məxsus mobil telefonu 2023-cü il sentyabrın 4-də buradan çıxaracağına dair öhdəlik götürərək müvəqqəti qeydiyyat şərti ilə sadələşdirilmiş bəyannamə üzrə rəsmiləşdirib. Lakin göstərilən müddət başa çatsa da, bəyan edilən mobil telefonun Azərbaycandan çıxarılması və ya müvəqqəti qeydiyyat müddətinin uzadılması ilə bağlı heç bir tədbir görülməyib. Buna görə də blogerdən izahat alınıb və diqqətsizlik ucbatından mobil telefonun ölkə ərazisində qalma müddətini nəzərə almadığını, qanunvericilik çərçivəsində görüləcək tədbirlərə etiraz etmədiyini bildirib. Sonda müvafiq inzibati cəriməni ödəməklə ölkədən çıxışına qoyulan məhdudiyyət də aradan qaldırılıb.

Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV

Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV

Cəmiyyət
19 oktyabr 2026 659 baxış
İl sonunda əmlak almaq istəyənlərin diqqətinə | Hansı mənzillər daha da bahalaşacaq? - Baku TV

İl sonunda əmlak almaq istəyənlərin diqqətinə | Hansı mənzillər daha da bahalaşacaq? - Baku TV

Cəmiyyət
19 oktyabr 2026 659 baxış
Binəqədi sakinlərinin çətinliyi nə vaxt həll ediləcək?

Binəqədi sakinlərinin çətinliyi nə vaxt həll ediləcək?

Cəmiyyət
19 oktyabr 2026 659 baxış
Gecələr oyaq, gündüzlər yorğun | Yuxu həbi həll yoludur, yoxsa müvəqqəti çıxış? - Baku TV

Gecələr oyaq, gündüzlər yorğun | Yuxu həbi həll yoludur, yoxsa müvəqqəti çıxış? - Baku TV

Cəmiyyət
19 oktyabr 2026 659 baxış
“3 min oğurlayıb, narkotik çəkib” | “Hoqqa”da qalmaqal | “Mikrofonu ağzıma niyə soxursan?” - Baku TV

“3 min oğurlayıb, narkotik çəkib” | “Hoqqa”da qalmaqal | “Mikrofonu ağzıma niyə soxursan?” - Baku TV

Cəmiyyət
19 oktyabr 2026 659 baxış
“Hər işi mənə gördürüb” deyən baristaya kofeşopdan hansı cavablar gəldi? - Baku TV CANLI

“Hər işi mənə gördürüb” deyən baristaya kofeşopdan hansı cavablar gəldi? - Baku TV CANLI

Cəmiyyət
19 oktyabr 2026 659 baxış
"Yağış yağanda daha betər olur" | Binəqədi sakinlərinin həll edilməyən problemləri - Baku TV

"Yağış yağanda daha betər olur" | Binəqədi sakinlərinin həll edilməyən problemləri - Baku TV

Cəmiyyət
19 oktyabr 2026 659 baxış
Meyvənin faydaları və istehlakında diqqət edilməli məqamlar

Meyvənin faydaları və istehlakında diqqət edilməli məqamlar

Cəmiyyət
19 oktyabr 2026 659 baxış
Yol polisindən küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət - Baku TV CANLI

Yol polisindən küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət - Baku TV CANLI

Cəmiyyət
19 oktyabr 2026 659 baxış
Masallıda sakinlər pay torpaqlarının saxta sənədlərlə satıldığını iddia edirlər - Baku TV

Masallıda sakinlər pay torpaqlarının saxta sənədlərlə satıldığını iddia edirlər - Baku TV

Cəmiyyət
19 oktyabr 2026 659 baxış
Seçilmişlər
icon