Şagirdlərə hansı halda telefondan istifadəyə icazə veriləcək? - Baku TV
Elm və təhsil naziri Emin Əmrullayev şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadəsinə qoyulan qadağa ilə bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarı şərh edib.
Nazir "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, dərs zamanı şagirdlərin mobil telefondan danışmaq, oyun oynamaq və ya digər məqsədlərlə istifadə etməsi təlim prosesinə mənfi təsir göstərir.
E.Əmrullayev qeyd edib ki, bu səbəbdən mobil və elektron cihazlardan istifadə məsələsində vahid qaydaların tətbiqinə ehtiyac var:
"Şagirdlərin məktəbə telefon gətirməsi qadağan edilmir. Lakin dərs müddətində telefonlardan istifadə yolverilməzdir və onlar müəyyən edilmiş qaydalara uyğun saxlanılmalıdır. Yalnız fövqəladə və ya təxirəsalınmaz hallarda istisnalar mümkündür. Məqsəd telefonların məktəbə gətirilməsinin qarşısını almaq deyil, dərs vaxtı onlardan istifadənin tədris prosesinə mane olmasının qarşısını almaqdır".
#Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi teqi istifadə olunub
- Yeni yanaşma məzunların iş tapmaq problemini həll edə bilərmi? - Baku TV
- Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək
- Süni intellekt müəllimləri əvəzləyir? - "OpenAI" ilə əməkdaşlıq tədrisdə nəyi dəyişəcək? - Baku TV
- Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI
- AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV
