Pleyeri seçin:

Səfəvilərdən bu günə kimi çayxanaların bilinməyən tarixi - ARAŞDIRMA

03 may 2024 290 baxış

Azərbaycanda qədimdən indiyədək kişilərin yığıncaq yeri sayılan çayxananın tarixi Səfəvilər dövrünə qədər gedib çıxır.

Səfəvilər dövlətində mövcud olan qəhvəxanaları müasir çayxanaların sələfi saymaq olar. İlk qəhvəxanalar şəhərlərarası yolların kəsişməsində, daha sonralar şəhər daxilində yaranıb. Karvan yollarının kənarında su quyuları, namazgahlar və dincəlmək üçün kiçik yerlər təşkil olunurdu.

Qəhvəxana da eyni məqsədə xidmət edirdi. Şəhərdaxili ilk qəhvəxanalar məscidlərin yaxınlığındakı qiraətxanalar sayılırdı. Müsəlmanlar məhz burada oturaraq namaz vaxtını gözləyirdilər. Zaman keçdikcə onların sayı artaraq məhəllələrdə yaranır, daha sonralar isə iri şəhərlərdə həmyerlilərin görüşdüyü qəhvəxanalar meydana gəlir. Bura müsəlman kişilərin məsciddən kənar toplaşdığı məkan idi.

Bazar əsrlər boyu insanların görüş yeri sayılsa da, orada oturub saatlarla söhbətləşmək olmurdu. Qəhvəxananın çayxanaya çevrilməsi beynəlxalq aləmdə və ölkə daxilində gedən siyasi-iqtisadi proseslərlə bağlı idi.

Böyük coğrafi kəşflərlə başlayan müstəmləkəçilik siyasətinin XIX əsrdə güclənməsi, ingilislərin çay və qənd ticarəti insanların qidalanma zövqünü dəyişdirdi. Yaşıl çaya nisbətən ucuz satılan qara çay qəhvəni əvəz etdi.

Çaya tələbat artdıqca əhali arasında “qəhvəxana” ifadəsi ilə yanaşı, “çayxana” sözü də işlənməyə başladı. Zaman keçdikcə çayxanalar siyasi mahiyyət kəsb etdi.

Səyyahlara görə, Səfəvilər dövründə ölkəyə gələn xarici qonaqlar, diplomatlar da çayxanaya dəvət olunurdular. Xalq üsyanlarının təşkilatlanmasında mühüm rol oynayan çayxanalar siyasi mərkəz kimi qiymətləndirilirdi. Bu kimi halların qarşısını almaqdan ötrü ayrı-ayrı dövlətlərdə xəfiyyə orqanları işə salınırdı.

Bəzən çayxana sahibləri özləri, bəzən isə müştərilər arasına göndərilən şəxslər burada xəfiyyə xidmətini yerinə yetirirdilər. O dövrdə yazı-pozunu bacarmayanlar uzaqda yaşayan qohumlarına məktub yazmaq üçün mirzələrə müraciət edirdilər.

XİX əsrin sonundan mətbu orqanlara marağın güclənməsi mirzələrin işini daha da artırırdı. Onların sayəsində geniş ictimaiyyət müxtəlif qəzet və jurnallarla tanış olurdu. XIX əsrin sonlarında çayxanada maarifçilər, yaradıcılığı və dünyagörüşü yaxın olan düşüncə sahibləri ədəbi-bədii məclislər təşkil edirdilər.

Bu hal XX əsrin sonlarınadək davam etdi və daha yeni şəkil aldı. Göstərilən dövrdə çayxana elm, ədəbiyyat və incəsənət xadimlərinin, jurnalistlərin və digər sahələrdə çalışan ziyalıların görüşüb fikir mübadiləsi apardığı məkan idi. Ziyalı təbəqənin çayxanaya gəlməsi xalq arasında bu məkana olan etibarı artırır və müştəri sayını çoxaldırdı.

Kopyalandı
Banner

#Səfəvilər dövrü teqi istifadə olunub

"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

Cəmiyyət
28 oktyabr 2026 290 baxış
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 290 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 290 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 290 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 290 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 290 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 290 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 290 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 290 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 290 baxış
Seçilmişlər
icon