Sertifikatsız həkimlərə görə tibb məntəqəsi 6 min manat cərimələndi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Aristokrat” Tibb Mərkəzi cərimələnib.
Səhiyyə Naziliyi tərəfindən klinikada keçirilən planlı yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.
Söhbət konkret olaraq sertifikasiya şəhadətnaməsi olmadan Kənan Həsənov və Araz Məmmədzadənin tibbi praktiki fəaliyyət göstərməsindən gedir.
Nəticədə “Aristokrat” Tibb Mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən protokol tərtib edilib. Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, “Aristokrat” Tibb Mərkəzi 6000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, bir müddət öncə sözügedən tibb mərkəzində tibbi təhsili olmayan stomatoloqların işlədiyinə dair xəbərlər yayılıb.
#Nərimanov rayonu teqi istifadə olunub
- “Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV
- Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT
- Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV
- Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV
- Boru partladı, küçə suya qərq oldu | Su borusu bir həftədir təmir edilmir? - Baku TV
