Sərvət dəyərindəki artefakta laqeydlik nədəndir? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Nüvədidən gətirilən Qarqardaşının taleyi” adlı süjet hazırlanıb.
Süjetdə Qərbi Azərbaycanın Zəngəzur mahalının Nüvədi kəndində tapılan “Qarqardaşı” qədim türk xalqlarının yazılı tarixinin bariz nümunəsi kimi təqdim olunur.
Bildirilib ki, bu daş 1985-ci ildə Nüvədi kənd sakini, şair-araşdırmaçı Həmzə Vəli tərəfindən tapılıb. Böyük araşdırma aparan və onun tarixi əhəmiyyətini önə çəkən tədqiqatçı bu nümunəni o vaxtdan Qərbi Azərbaycandan gətirərək qoruyub saxlayıb: “Bu daş Qərbi Azərbaycan torpaqlarının, o cümlədən Zəngəzur mahalının ən qədim zamanlardan əzəli türk yurdu olduğunu əsaslı şəkildə sübut edir. Əski qayaüstü təsvirlər və onların olduğu yerdə qədim türk-run əlifbası ilə yazılar bu ərazinin tarixən alban boylarından biri olan qıpçaq mənşəli qarqar xalqının yaşadıqları geniş areala daxil olduğundan xəbər verir. Diqqəti çəkən əsas fərq “Qarqardaşı” yazısında Orxon-Yenisey abidələrindəki yazıların bənzərliyidir. Bu yazı V-VII əsr Talas daşlarından da Antik dövrə aiddir”.
Araşdırmaçılar Üzeyir Əlizadə, Aydın Allahverdi və Füzuli Məcidli bu daşın tarixi ilə bağlı maraqlı faktlar üzə çıxarırlar: “Nüvədi camaatı ilk olaraq bu daş tapılan dağa Qarqadaşı deyirdilər. Bu daş tapılandan sonra məlum oldu ki, əslində, bu, “qarqa” deyil “qarqar” daşıdır. Qarqar yazıları və tayfaları qədim türkə aiddir. Ona görə də bunu beynəlxalq ictimaiyyətə çatdırmaq üçün daha çox iş görməyə ehtiyac var”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV
- Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
