Pleyeri seçin:

Sevgilisinə görə Naxçıvanda müəllim işləyən Mikayıl Müşfiqin qətlinin əsl səbəbi - ARAŞDIRMA

05 iyun 2024 616 baxış

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair Mikayıl Müşfiqə həsr olunmuş araşdırma efirə gedib.

Mikayıl İsmayılzadə Əbdülqadir oğlu 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində anadan olub.

İbtidai təhsilini rus-tatar məktəbində alan Mikayıl Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı məktəbdə oxuyur. Azərbaycan Dövlət Universitetinin dil və ədəbiyyat fakültəsini bitirdiyi il müəllim kimi işləməyə başlayır. Son iş yeri isə 18 saylı Bakı şəhər orta məktəbi olur.

Poetik yaradıcılığa da elə həmin illərdə başlayır və vaxt keçdikcə Mikayıl İsmayılzadə Müşfiqə çevrilir. Mikayıl Müşfiq poetik yaradıcılığında daha çox türk şairlərindən ilhamlanırdı.

Mikayıl Müşfiqin, bəlkə də, ən məşhur şeiri 1936-cı ilin yay günlərində yazılan "Yenə o bağ olaydı" şeiridir. Şeirin ünvanı uzun müddət naməlum qalıb. Bəziləri düşünüb ki, Müşfiq şeiri həyat yoldaşı Dilbər xanıma yazıb, digərləri şeirin ünvanını tanısalar da, bu haqda danışmayıblar.

Versiyalardan ən məşhuru isə “Yenə o bağ olaydı”nın Ənvər Məmmədxanlının bacısı Arifə xanıma yazılmasıdır. Arifə xanım çox sonralar o illəri belə xatırlayır:

“Bir gün mən dərsdən qayıdanda Sabir bağının yanında onunla üz-üzə gəldim. Dedi: "Nə xoş bir təsadüf. Nə yaxşı oldu səni gördüm. Məndə sənə çatası bir şey var. O şeiri verəcəyəm sənə". Bükmüşdü, bir dəftər kağızı idi. Verdi, mən də alıb qoydum çantama.

Sonra açıb baxanda gördüm yuxarısında yazıb: "Arifəyə. Yenə o bağ olaydı". Ürəyimdə dedim, görən, bizim bağı yazıb bu? Oxuyub gördüm ki, bağda nə olubsa, hamısı bu şeirdədir. Uzun müddət qaldı məndə o şeir. Sonra ərə gedəndə cırdım onların hamısını”.

Mikayıl Müşfiqin harada basdırıldığı barədə bu günə qədər müxtəlif ehtimallar səslənsə də, bu barədə hələ də konkret nəticəyə gəlinməyib. Onun qəbrinin Qaradağ rayonunun Puta qəsəbəsində və ya Nargin adasında olduğu barədə ehtimallar var. 

Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 616 baxış
176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 616 baxış
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 616 baxış
Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 616 baxış
“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 616 baxış
“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 616 baxış
“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 616 baxış
“Övladım Yasamaldan gəlir” | Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər? - Baku TV

“Övladım Yasamaldan gəlir” | Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 616 baxış
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib

Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib

Cəmiyyət
21 sentyabr 2026 616 baxış
Məhkəmənin ilk baxış iclası oktyabrın 5-nə təyin edilib

Məhkəmənin ilk baxış iclası oktyabrın 5-nə təyin edilib

Cəmiyyət
21 sentyabr 2026 616 baxış
Seçilmişlər
icon