Pleyeri seçin:

Sığorta şirkəti ziyanı qarşılamaqdan boyun qaçırır? - “Dedilər, bunu ödəyin, amma...” - Baku TV

10 fevral 2026 650 baxış

Vətəndaş Pərvin Nəsibov Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, o, “SR Auto” şirkətindən avtomobil alıb. Nəqliyyat vasitəsi “A-Group” şirkətində sığortalı olub. Avtomobil qəzaya uğrayıb, lakin sığorta şirkəti təmirini həyata keçirmir.

“8 yanvar tarixində avtomobil qəzaya uğrayıb. Bütün prosedurlar yerinə yetirilib, amma 12 yanvar tarixində sığorta şirkəti bizə bildirdi ki, təmir üçün 200 manat əlavə ödəniş edilməlidir. Biz bütün ödənişləri etdik, amma artıq bir aya yaxındır ki, avtomobil təmirsiz vəziyyətdə qalıb. Biz üç dəfə servislərə göndərildik, iki dəfə isə sığorta şirkətində olmuşuq, amma heç bir əməkdaşla görüşə bilmədik. Bu gün də biz sığorta şirkətinə çağırıldıq, amma rəhbər şəxs qarşımıza çıxmadı.

Servisin qiymətləndirməsinə görə, avtomobilin zərəri 7295 manatdır. Lakin sığorta şirkəti bu məbləği ödəməkdən boyun qaçırır və deyir ki, qiymət çox yüksək yazılıb, bu məbləğlə razı deyilik. Biz maşını Kasko sığortası ilə sığortalatmışıq və hər hansı bir hadisə zamanı 59 000 manat ödəməli idilər”, – şikayətçi Pərvin Nəsibov qeyd edib.

Sığorta şirkətindən bildirilib ki, hadisə yerinə baxış keçirilib və 8 yanvar 2026-cı il tarixində baş verən hadisə sığorta hadisəsi kimi tanınıb:

“Nəqliyyat vasitəsi şəhadətnamə təminatına əsasən, rəsmi servis mərkəzi olan “Aztech Autohouse” təmir müəssisəsinə yönləndirilib. Servis mərkəzi tərəfindən 23 yanvar 2026-cı il tarixində qiymət təklifi təqdim edilib. 26 yanvar 2026-cı il tarixində tərtib olunan zərər aktına əsasən, nəqliyyat vasitəsinin ön bamperinin bərpasının mümkün olduğu servis tərəfindən təsdiqlənib və dəymiş zərər məbləği 6073 manat təşkil edib. Həmin məbləğ təmir başa çatdıqdan sonra şirkətimiz tərəfindən servisə ödəniləcək.

Bundan əlavə, “Aztech Autohouse” tərəfindən dəyişdirilməsi nəzərdə tutulan ehtiyat hissələri sığorta olunanın razılığı ilə sifariş edilib. Qeyd olunan ehtiyat hissələrinin ölkə ərazisində çatdırılma müddəti isə 30 iş günüdür”.

Banner
“Gecə bizi narahat edirlər” | Sakinlərdən şikayət | “O icazəni onlara kim verib?!” - Baku TV

“Gecə bizi narahat edirlər” | Sakinlərdən şikayət | “O icazəni onlara kim verib?!” - Baku TV

Cəmiyyət
04 noyabr 2026 650 baxış
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi nümayiş etdirildi - Baku TV

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi nümayiş etdirildi - Baku TV

Cəmiyyət
04 noyabr 2026 650 baxış
Şəkillərin silinməsi üçün sahiblərindən pul tələb olunur

Şəkillərin silinməsi üçün sahiblərindən pul tələb olunur

Cəmiyyət
04 noyabr 2026 650 baxış
"Nə etmisən sən mənim saçıma?!" | Salonda qadının başına oyun açıldı? | "Yığışdır onu!" - Baku TV

"Nə etmisən sən mənim saçıma?!" | Salonda qadının başına oyun açıldı? | "Yığışdır onu!" - Baku TV

Cəmiyyət
04 noyabr 2026 650 baxış
Bakı və Tiflis Rusiya və Qərbin regional maraqları arasında? - AKTUAL GÜNDƏM

Bakı və Tiflis Rusiya və Qərbin regional maraqları arasında? - AKTUAL GÜNDƏM

Cəmiyyət
04 noyabr 2026 650 baxış
Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 650 baxış
"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 650 baxış
"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

Cəmiyyət
04 noyabr 2026 650 baxış
Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 650 baxış
Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Cəmiyyət
04 noyabr 2026 650 baxış
Seçilmişlər
icon