Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? - Sərt addımlara keçidin əsl səbəbi | ARAŞDIRMA
Yeniliklərdən dərhal xəbərdar olun
Son 30 ildə internetin və sosial şəbəkələrin sürətli inkişafı informasiyanı əlçatan etsə də, virtual dünyanın uşaqların fiziki və psixoloji sağlamlığına təsiri ciddi narahatlıq yaradıb.
Smartfon və sosial şəbəkələrdə həddindən artıq vaxt keçirən uşaqlarda hərəkət koordinasiyasının zəifləməsi, yuxu pozğunluğu, narahatlıq, depressiya, kiberzorakılıq və təhlükəli insanlarla ünsiyyət riskinin artdığı bildirilir.
Uşaqların real həyatı ekran vasitəsilə qavraması, özlərini sosial mediada yaradılan ideal obrazlarla müqayisə etməsi və platformaların alqoritmlərinin yetkinləşməmiş psixikaya təsiri dünya ölkələrini sərt addımlar atmağa məcbur edir. Avstraliya 16 yaşdan kiçiklərin əsas sosial platformalardan istifadəsini qadağan etdiyi halda, Almaniya, İtaliya və Braziliya valideyn razılığını tələb edir, Böyük Britaniya, Çin, ABŞ və digər ölkələr isə yaş, ekran vaxtı və tətbiq funksiyalarına əsaslanan müxtəlif məhdudiyyətlər tətbiq edir.
Sərt addımlara keçidin əsas səbəbi təhlükənin artıq yalnız küçədən deyil, evlərdəki smartfonlardan və uşaqların gündəlik istifadə etdiyi rəqəmsal vasitələrdən gəlməsi, buna görə də valideyn nəzarətinin və rəqəmsal savadlılığın həyati əhəmiyyət daşımasıdır.
#Sosial şəbəkələr teqi istifadə olunub
- “Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV
- Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti
- Türkiyədə sosial şəbəkələrlə bağlı yeni qadağa qüvvəyə minir - Baku TV CANLI
- Uşaqlara zorakılıq, küçələrdə təhlükə: məsuliyyətsizlik haradan başlayır? - XÜLASƏ
- Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi birgə açıqlama yaydı - Baku TV
