Pleyeri seçin:

Təhsildə Keyfiyyət Təminatı Agentliyində brifinq keçirildi

26 dekabr 2025 520 baxış

"Son vaxtlar saxta sənədlər, diplomlar və tanınma şəhadətnamələri bizi narahat edir. Təkcə dünən bu istiqamətdə iki nəfərlə görüş keçirmişik və onlar vaxtilə aldadılmış şəxslər sırasında yer alırlar".

Bunu Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu məsələdə həm işəgötürənlərin, həm də vətəndaşların daha məlumatlı və diqqətli olması vacibdir:

"Təəssüf ki, bəzi insanlar vaxtilə müəyyən şəxslərin vədlərinə inanaraq yanlış qərarlar veriblər. Düşünürük ki, ali təhsil seçimi son dərəcə önəmli bir qərardır. Əgər vətəndaş ali təhsilə üstünlük verir və gələcək həyatını bu istiqamətdə qurmaq istəyirsə, o zaman yalnız sənədə deyil, bilik, bacarıq və səriştəyə əsaslanmalıdır".

Tural Əhmədov qeyd edib ki, bu istiqamətdə işəgötürənlər üçün sənədlərin yoxlanılması və qiymətləndirilməsi mexanizmləri hazırlanıb və müvafiq metodik sənədlərdə öz əksini tapıb. Onun sözlərinə görə, məqsəd insanların bu mövzuda daha məlumatlı olmalarını təmin etməkdir.

"Xüsusilə hökumətin rəqəmsallaşması fonunda son dövrlərdə 'MyGov' portalında kvalifikasiyanın görünməməsi ilə bağlı müraciətlərin sayı artıb. Belə ki, vətəndaş öz diplomunun sistemdə əks olunmadığını gördükdə şübhələnir və bizə müraciət edir. Araşdırmalar zamanı isə məlum olur ki, həmin şəxs uzun müddət saxta sənədlə aldadılıb", – deyə T.Əhmədov əlavə edib.

Banner
Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı

Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı

Cəmiyyət
24 oktyabr 2026 520 baxış
“70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV

“70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 520 baxış
DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI

DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 520 baxış
Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV

Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 520 baxış
Bu ərazilərdə yaşayanların kommunal xərci daha az olacaq? - Baku TV

Bu ərazilərdə yaşayanların kommunal xərci daha az olacaq? - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 520 baxış
Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 520 baxış
Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı

Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı

Cəmiyyət
24 oktyabr 2026 520 baxış
"Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."

"Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."

Cəmiyyət
24 oktyabr 2026 520 baxış
“Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV

“Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 520 baxış
Sürücülərə xəbərdarlıq | Həftəsonu səfər planlaşdıranlar niyə ehtiyatlı olmalıdır? - Baku TV

Sürücülərə xəbərdarlıq | Həftəsonu səfər planlaşdıranlar niyə ehtiyatlı olmalıdır? - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 520 baxış
Seçilmişlər
icon