Pleyeri seçin:

"TikTok"da tanıdım, hamilə qaldım, pul aldı" | Özbəkistanlı qadın Azərbaycanda aldadılıb? - Baku TV

18 sentyabr 2026 161 baxış

“TikTok”da tanış olduğu şəxslə ailə qurmaq üçün Azərbaycana gələn Özbəkistan vətəndaşı Munisə Camalova dələduzluqla üzləşdiyini iddia edir.

Baku TV-nin qaynar xəttinə müraciət edən qadının sözlərinə görə, o, 2025-ci ildə “TikTok” vasitəsilə Xaçmaz rayon sakini Elnur Həsənovla tanış olub. Bir müddət sevgili münasibətində olduqdan sonra ailə qurmaq məqsədilə Azərbaycana gəlib.

Munisə Camalova bildirir ki, onlar bir müddət Bakıda birlikdə yaşayıblar. Bu müddətdə hamilə qalan qadının sözlərinə görə, Elnur Həsənov viza məsələləri ilə bağlı ondan pul istəyib. O da müxtəlif vaxtlarda bank vasitəsilə ümumilikdə 3973 manat göndərib.

Qadın Özbəkistana qayıtdıqdan sonra Elnur Həsənovun onunla əlaqəni kəsdiyini deyir. Hamilə olduğunu bildirdikdə isə qarşı tərəfin uşağın atası olmadığını söylədiyini iddia edir.

Munisə Camalova məsələ ilə bağlı qanuni araşdırma aparılmasını istəyir.

“Əgər Elnur uşağın atası olmadığını düşünürsə, mən DNT testinin keçirilməsinə razıyam. Qoy həqiqət rəsmi şəkildə müəyyən edilsin. Bu məsələnin qanuni qaydada araşdırılmasını istəyirəm. Mən bir ana kimi çox çətin vəziyyətdəyəm. Məqsədim qalmaqal yaratmaq deyil. Sadəcə ədalət və uşağımın haqqını istəyirəm”, – deyə o bildirib.

Elnur Həsənovun anası isə uşağın onun nəvəsi olduğunu təsdiqləyən heç bir sübutun olmadığını bildirib. O, uşağın atasının Elnur Həsənov olduğu təsdiqlənərsə, aliment ödəməyə hazır olduğunu deyib.

Elnur Həsənovun anası həmçinin bildirib ki, Munisə Camalova oğluna yalnız öz xərclərini qarşılamaq məqsədilə pul göndərib.

Kopyalandı
Banner
"Gizlənib rəhbər, çağır onu!" | Yaşayış massivinin mərkəzində antisanitariya - Baku TV

"Gizlənib rəhbər, çağır onu!" | Yaşayış massivinin mərkəzində antisanitariya - Baku TV

Cəmiyyət
14 noyabr 2026 161 baxış
İnşaatçılar prospektində hərəkət necə tənzimlənəcək? | NİİM-dən sürücülərə cavab - Baku TV

İnşaatçılar prospektində hərəkət necə tənzimlənəcək? | NİİM-dən sürücülərə cavab - Baku TV

Cəmiyyət
14 noyabr 2026 161 baxış
Müdafiə Nazirliyi açıqladı: Gənc əsgərlərlə görüşlər müvəqqəti məhdudlaşdırıldı - Baku TV CANLI

Müdafiə Nazirliyi açıqladı: Gənc əsgərlərlə görüşlər müvəqqəti məhdudlaşdırıldı - Baku TV CANLI

Cəmiyyət
14 noyabr 2026 161 baxış
"Xəstəliyə görə evi satdı, amma..." | Böyrək xəstəliyindən əziyyət çəkən İlkin kömək gözləyir

"Xəstəliyə görə evi satdı, amma..." | Böyrək xəstəliyindən əziyyət çəkən İlkin kömək gözləyir

Cəmiyyət
14 noyabr 2026 161 baxış
Sürücü piyadanı vurmamağa çalışır, o vaxt isə... | “Dəfələrlə qəza olub burada” - Baku TV

Sürücü piyadanı vurmamağa çalışır, o vaxt isə... | “Dəfələrlə qəza olub burada” - Baku TV

Cəmiyyət
14 noyabr 2026 161 baxış
ABŞ-də ortopedik çarpayılara görə 7 nəfər ölüb

ABŞ-də ortopedik çarpayılara görə 7 nəfər ölüb

Cəmiyyət
14 noyabr 2026 161 baxış
Uzunömürlülük və həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yeni araşdırmalar

Uzunömürlülük və həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yeni araşdırmalar

Cəmiyyət
14 noyabr 2026 161 baxış
Milli Qəhrəman Ehtiram Əliyev süni tənəffüs aparatına qoşuldu - Baku TV

Milli Qəhrəman Ehtiram Əliyev süni tənəffüs aparatına qoşuldu - Baku TV

Cəmiyyət
14 noyabr 2026 161 baxış
Təhlükəsizlik və dəqiq intizam | Təlim mərkəzində pilotlar hansı mərhələləri keçir? - Baku TV

Təhlükəsizlik və dəqiq intizam | Təlim mərkəzində pilotlar hansı mərhələləri keçir? - Baku TV

Cəmiyyət
14 noyabr 2026 161 baxış
Qocalmanı ləngidən vasitələr | Bu dərmanlar insan ömrünü 100 ilə çatdırır? - Baku TV

Qocalmanı ləngidən vasitələr | Bu dərmanlar insan ömrünü 100 ilə çatdırır? - Baku TV

Cəmiyyət
14 noyabr 2026 161 baxış
Seçilmişlər
icon