Pleyeri seçin:

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda hansı işlər görülür?

25 iyul 2025 661 baxış

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi 85% icra edilib.

Bu barədə Baku TV-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən mühüm infrastruktur layihələrindən biri olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Layihənin ümumi uzunluğu 82 km təşkil edir.

Avtomobil yolu Göygöl və Kəlbəcər rayonlarını birləşdirir. Yolun Toğanalı-Kəlbəcər hissəsi 56 km, Kəlbəcər-İstisu hissəsi isə 26 km uzunluğundadır. Yolun 16-cı kilometrindən etibarən Murovdağ silsiləsi başlayır və burada yüksəklik 1 700 metrdən başlayaraq 3 250 metrə qədər yüksəlir.

Bu ərazidə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası aparılır. Ümumi uzunluğu 23 401,8 metr olan tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Tuneldə ümumilikdə 18 160,3 metr uzunluğunda qazma və beton püskürtmə işləri başa çatdırılıb. Tunelin sağ və sol hissələrini birləşdirən 37 keçid tunelindən 36-sı inşa olunub, biri üzrə işlər davam edir.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu yol rayon mərkəzi ilə yanaşı, bölgənin bir çox yaşayış məntəqələrinə və məşhur İstisu istirahət zonası istiqamətində rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək.

Banner
“Hamiləmiz, körpəmiz var, belə şey olmaz!” | Ferma sakinlərin həyatını dözülməz edib? - Baku TV

“Hamiləmiz, körpəmiz var, belə şey olmaz!” | Ferma sakinlərin həyatını dözülməz edib? - Baku TV

Cəmiyyət
14 oktyabr 2026 661 baxış
Sakinlər özündən çıxdı | Ferma insanların yaşayışını niyə çətinləşdirib? - Baku TV CANLI

Sakinlər özündən çıxdı | Ferma insanların yaşayışını niyə çətinləşdirib? - Baku TV CANLI

Cəmiyyət
14 oktyabr 2026 661 baxış
Şəhərin mərkəzində keçirilən "Kəlağayı" yürüşündən görüntülər

Şəhərin mərkəzində keçirilən "Kəlağayı" yürüşündən görüntülər

Cəmiyyət
14 oktyabr 2026 661 baxış
Bakı küçələrində təşkil edilən "Kəlağayı" yürüşü davam edir - Baku TV

Bakı küçələrində təşkil edilən "Kəlağayı" yürüşü davam edir - Baku TV

Cəmiyyət
14 oktyabr 2026 661 baxış
Rəngarəng kəlağayıları ilə yürüşə qatılan xanımlar hər kəsin diqqətini çəkdi - Baku TV

Rəngarəng kəlağayıları ilə yürüşə qatılan xanımlar hər kəsin diqqətini çəkdi - Baku TV

Cəmiyyət
14 oktyabr 2026 661 baxış
“Həkim qızımın başında tampon unudub” | Ana fəryad etdi: “Hər an iflic ola bilər...” - Baku TV

“Həkim qızımın başında tampon unudub” | Ana fəryad etdi: “Hər an iflic ola bilər...” - Baku TV

Cəmiyyət
14 oktyabr 2026 661 baxış
Bakıxanovda qurumuş ağacların yaratdığı təhlükə - Baku TV CANLI

Bakıxanovda qurumuş ağacların yaratdığı təhlükə - Baku TV CANLI

Cəmiyyət
14 oktyabr 2026 661 baxış
Bakıxanov qəsəbəsinin sakinləri narahatdırlar

Bakıxanov qəsəbəsinin sakinləri narahatdırlar

Cəmiyyət
14 oktyabr 2026 661 baxış
“Bu ev uçsa, mən nə edəcəyəm?!” | Sakinlər niyə hər an dəhşət içində yaşayır? - Baku TV

“Bu ev uçsa, mən nə edəcəyəm?!” | Sakinlər niyə hər an dəhşət içində yaşayır? - Baku TV

Cəmiyyət
14 oktyabr 2026 661 baxış
10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI

10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI

Cəmiyyət
14 oktyabr 2026 661 baxış
Seçilmişlər
icon