Pleyeri seçin:

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

20 sentyabr 2026

Birinci Türk Dünyası Bəstəkarları İttifaqının Qurultayı çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın aparıcı musiqi qurumlarının nümayəndələri Türk Dünyası Bəstəkarlar Birliyini təsis etdiklərini bəyan ediblər.

Bu qərar bəstəkarlar, musiqişünaslar, konservatoriyalar, musiqi akademiyaları və türk ölkələrinin yaradıcılıq birlikləri arasında daimi peşəkar əməkdaşlığın əsasını qoyan Bakı Bəyannaməsinin imzalanması ilə rəsmiləşdirilib.

Bununla da ilk dəfə olaraq türk ölkələrinin bəstəkarları arasında əməkdaşlıq vahid, institusional əsaslı və uzunmüddətli beynəlxalq platforma qazanıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova türk xalqlarının zəngin irsinin, yeni əsərlərin, peşəkar əməkdaşlığın və beynəlxalq mədəni dialoqun mənbəyinə çevriləcəyi canlı musiqi məkanı yaratdıqlarından məmnunluğunu ifadə edib.

Həmçinin qeyd olunub ki, Türk Dünyası Bəstəkarlar Birliyi Türk dünyasının yaradıcı potensialını birləşdirmək, müasir bəstəkarlıq məktəblərini dəstəkləmək, yeni əsərlərin yaradılmasına töhfə vermək və türk xalqlarının musiqisini dünyanın ən nüfuzlu beynəlxalq səhnələrində təbliğ etmək məqsədi daşıyır.

Türk Dünyası Bəstəkarlar Birliyinin məhz dünya mədəniyyətinə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və digər dahi bəstəkarları bəxş etmiş, zəngin musiqi ənənələrinə malik Azərbaycanda yaradılması isə xüsusi rəmzi əhəmiyyət daşıyır.

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026
"Arxamca düşüb yalvardı" | Biznesləri batdı, ciblərində 5 manat qaldı, sonra isə... - ARZUNUN VAXTI

"Arxamca düşüb yalvardı" | Biznesləri batdı, ciblərində 5 manat qaldı, sonra isə... - ARZUNUN VAXTI

Cəmiyyət
19 sentyabr 2026
Azərbaycanda ilk və yeganə kapibara ferması | "Nəsimi Bağları"nda daha nələr var? - Baku TV

Azərbaycanda ilk və yeganə kapibara ferması | "Nəsimi Bağları"nda daha nələr var? - Baku TV

Cəmiyyət
19 sentyabr 2026
600 illik tarixi inci | Şamaxıda dini abidələrə dövlət dəstəyi - Baku TV

600 illik tarixi inci | Şamaxıda dini abidələrə dövlət dəstəyi - Baku TV

Cəmiyyət
19 sentyabr 2026
Şamaxıda istirahət mərkəzi | Ərazisi 16 hektar olan kompleksə 2 hotel binası daxildir - Baku TV

Şamaxıda istirahət mərkəzi | Ərazisi 16 hektar olan kompleksə 2 hotel binası daxildir - Baku TV

Cəmiyyət
19 sentyabr 2026
Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksi | İstirahət məkanında nələr yerləşir? - Baku TV

Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksi | İstirahət məkanında nələr yerləşir? - Baku TV

Cəmiyyət
19 sentyabr 2026
"Pul veririk, yenə gəlmirlər" | Zibil konteynerləri ilə bağlı niyə ciddi problemlər var? - Baku TV

"Pul veririk, yenə gəlmirlər" | Zibil konteynerləri ilə bağlı niyə ciddi problemlər var? - Baku TV

Cəmiyyət
19 sentyabr 2026
Asfalt örtüyü çəkdilər, amma xətlər yoxdur | Təhlükəli mənzərənin səbəbi nədir? - Baku TV CANLI

Asfalt örtüyü çəkdilər, amma xətlər yoxdur | Təhlükəli mənzərənin səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
19 sentyabr 2026
Qaş düzəldəndə göz çıxardılar? - Asfalt örtüyü dəyişilən yolların xətlənməsi niyə yubanır? - Baku TV

Qaş düzəldəndə göz çıxardılar? - Asfalt örtüyü dəyişilən yolların xətlənməsi niyə yubanır? - Baku TV

Cəmiyyət
19 sentyabr 2026
Azərbaycan milli geyim irsinin zənginliyi və gözəlliyi nümayiş etdirilir - Baku TV

Azərbaycan milli geyim irsinin zənginliyi və gözəlliyi nümayiş etdirilir - Baku TV

Cəmiyyət
19 sentyabr 2026
Seçilmişlər
icon