Pleyeri seçin:

Vətəndaş niyə obyektini və evini təmir edə bilmir? - Baku TV

07 iyun 2026 525 baxış

Baku TV-nin qaynar xəttinə daxil olan müraciətə əsasən, vətəndaş bildirir ki, 2007-ci ildə Binəqədi rayonu, "DSK yolu" adlanan ərazidə ev və qeyri-yaşayış obyekti alıb.

Onun sözlərinə görə, sonradan ərazidə aparılan yol təmir-bərpa işləri səbəbindən obyektə giriş-çıxış mümkün olmayıb. Yolun yenidən qurulmasından sonra isə ev və obyekt yararsız vəziyyətə düşüb.

Vətəndaş ərazini öz hesabına təmir etmək istəsə də, aidiyyəti qurumların buna icazə vermədiyini iddia edir.

Şikayətçi bildirib:

"Obyekti 2007-ci ildə almışıq, amma 1998-ci ildə tikilib. Bizə əvvəlki sahib tərəfindən satılıb və uzun illər istifadə etmişik. Sonradan "DSK yolu"nda yenidən təmir işləri aparıldı, yolun səviyyəsi qaldırıldı və obyektə giriş mümkün olmadı. Buna görə fəaliyyəti dayandırdıq. Təmir işləri təxminən üç il davam etdi. Sonra obyekti yenidən istifadəyə vermək istəyəndə gördük ki, yolun səviyyəsindən təxminən bir metr aşağıdadır. Öz hesabımıza torpaq gətirib ərazini düzəltmək istədik, lakin buna da icazə verilmədi".

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 9 ünvanında yerləşən qeyri-yaşayış obyektinin dam örtüyünün bərpasına köməklik göstərilməsi ilə bağlı Komitəyə 13 dekabr 2025-ci il tarixində daxil olmuş müraciətə aidiyyəti üzrə baxılıb.

Qeyd olunub ki, həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, çıxarış, texniki pasport, eləcə də həyata keçirilməsi nəzərdə tutulan tikinti-quraşdırma işlərinə dair layihə sənədləri təqdim edildikdən sonra müraciətə şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun şəkildə baxılması mümkün olacaq.

Banner
Bakıda Zeytun Festivalının ikinci günü davam edir - Baku TV

Bakıda Zeytun Festivalının ikinci günü davam edir - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 525 baxış
Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı

Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı

Cəmiyyət
24 oktyabr 2026 525 baxış
“70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV

“70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 525 baxış
DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI

DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 525 baxış
Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV

Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 525 baxış
Bu ərazilərdə yaşayanların kommunal xərci daha az olacaq? - Baku TV

Bu ərazilərdə yaşayanların kommunal xərci daha az olacaq? - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 525 baxış
Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 525 baxış
Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı

Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı

Cəmiyyət
24 oktyabr 2026 525 baxış
"Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."

"Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."

Cəmiyyət
24 oktyabr 2026 525 baxış
“Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV

“Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 525 baxış
Seçilmişlər
icon