Yağışlı hava şəraitində sürücülər hərəkət zamanı nəyə diqqət etməlidir?
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polisi İdarəsi yağış zamanı yollarda yaranan təhlükələrlə bağlı sürücülərə xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilir:
“Son günlər müşahidə olunan ani və intensiv yağışlar zamanı asfalt örtüyündə suyun qısa müddətdə toplanması nəticəsində nəqliyyat vasitələrinin hərəkəti zamanı ciddi təhlükələr yarana bilir. Belə hallarda yol səthində yaranan su təbəqələri sürücülər tərəfindən hər zaman vizual olaraq seçilmədiyindən bu sahələrə daxil olan avtomobillərdə hidroplanlaşdırma – yəni təkərlə yol arasındakı təmasın itməsi baş verir.
Qeyd olunan hal sürət yüksək olduqda daha təhlükəlidir. Belə şəraitdə edilən ani tormozlama və ya qəfil sükan manevri avtomobilin idarəetmədən çıxması və qəza ilə nəticələnə biləcək risklərin artmasına səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə hava şəraitini və yol örtüyünü nəzərə alaraq bu qaydalara ciddi əməl etməyi tövsiyə edir: yağışlı hava şəraitində hərəkət zamanı sürəti normadan artıq artırmamaq; təkərlərin texniki vəziyyətinə, xüsusilə protektor dərinliyinə daim nəzarət etmək; gölməçəyə daxil olduqda tormozdan istifadə etmədən sükanı sabit saxlamaq; digər nəqliyyat vasitələri ilə ara məsafəsini artırmaq.
Unutmayın ki, görünməyən su təbəqələri yolda gözlənilməz təhlükələr yaradır. Hər bir sürücü hava və yol şəraitinə uyğun davranmaqla həm özünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməlidir”.
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- Narkotik vasitənin təsiri altında avtobusu idarə etdi, sonra isə... - Baku TV CANLI
- DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI
- Sürücülərə xəbərdarlıq | Həftəsonu səfər planlaşdıranlar niyə ehtiyatlı olmalıdır? - Baku TV
- DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR
- Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI
