Pleyeri seçin:
Yanğından sonra taxta bazarında son vəziyyət
Ziya Bünyadov prospektində yerləşən taxta bazarındakı yanğından sonra hər kəsi maraqlandıran suallardan biri də onun qiyməti ilə bağlıdır.
Taxtanın qiyməti bahalaşacaqmı?
Sahibkarlar bildiriblər ki, yanğından sonra bazarda qiymətlərdə heç bir fərq yoxdur. Bazarda alıcı qıtlığı olduğunu deyirlər. Ona görə də son bir ildə qiymətlər xeyli ucuzlaşıb.
“Ötən illə müqayisədə qiymət 50 faiz aşağı düşüb. 400 manatlıq taxtanı 200 manata veririk”, – sahibkar deyib.
Sahibkarların sözlərindən belə qənaətə gəlmək olur ki, yanğından sonra qiymətlərin artacağı real deyil. Çünki hadisə bazarda hətta taxta təklifini azaltsa belə, tələb yenə də bundan xeyli aşağıdır.
Kopyalandı
#Ziya Bünyadov prospekti teqi istifadə olunub
- Mərkəzi yolda quyular niyə açıq qalıb? | Sürücülər hər an təhlükə ilə üzləşə bilər - Baku TV
- "20 Yanvar" dairəsi istiqamətinə... | Paytaxtda hansı dəyişikliklər edildi? - Baku TV
- Dərnəgüldə tikinti materialları mağazasındakı yanğınla bağlı detallar - Baku TV
- Yanğın səbəbindən Ziya Bünyadov prospektində nəqliyyat sıxlığı yaranıb
- Dərnəgüldə baş verən güclü yanğından anbaan görüntülər - Baku TV
