Pleyeri seçin:

Yeni qaydalar | Sosial şəbəkələrdən istifadədə hansı dəyişikliklər olacaq? - Baku TV

10 iyun 2026 378 baxış

Sosial şəbəkələrdə yaşın yoxlanılması bank kartı (vəsaitin müvəqqəti bloklanması yolu ilə), elektron poçt və mobil nömrə məlumatlarının çarpaz yoxlanılması əsasında həyata keçiriləcək.

Bunu Milli Kibertəhlükəsizlik Agentliyinin sektor müdiri Həvva Hüseynli Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik layihəsinin ictimai müzakirəsində deyib.

Onun sözlərinə görə, bu məsələdə bəzi öhdəliklər həm də provayderlərin üzərində düşür:

"Yeniyetmə istifadəçilər üçün asılılıq yaradan "infinite scroll" (sonsuz sürüşdürmə) və videoların avtomatik səsləndirilməsi kimi manipulyativ dizaynların tətbiqi qadağan olunur. Həmçinin valideynlər uşaqların platformada keçirdiyi vaxtı və onlara göstərilən məzmun dairəsini idarə etmək üçün texniki imkanlar (aktiv nəzarət paneli) təqdim etməlidir".

H.Hüseynli bildirib ki, fərdi məlumatlar yalnız yaşın təsdiqi üçün istifadə edilməli və uyğunluq təsdiqlənmədiyi halda dərhal silinməlidir:

"Bu məlumatların kommersiya (reklam) məqsədilə istifadəsi və üçüncü tərəfə ötürülməsi qadağan olunur. Provayderlər zərərli məzmunu aşkar etdikdən sonra maksimum 24 saat ərzində silməli və bu prosesi 24/7 rejimində rəqəmsal həllərlə təmin etməlidirlər".

Banner
Bakıda Zeytun Festivalının ikinci günü davam edir - Baku TV

Bakıda Zeytun Festivalının ikinci günü davam edir - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 378 baxış
Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı

Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı

Cəmiyyət
24 oktyabr 2026 378 baxış
“70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV

“70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 378 baxış
DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI

DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 378 baxış
Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV

Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 378 baxış
Bu ərazilərdə yaşayanların kommunal xərci daha az olacaq? - Baku TV

Bu ərazilərdə yaşayanların kommunal xərci daha az olacaq? - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 378 baxış
Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 378 baxış
Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı

Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı

Cəmiyyət
24 oktyabr 2026 378 baxış
"Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."

"Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."

Cəmiyyət
24 oktyabr 2026 378 baxış
“Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV

“Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 378 baxış
Seçilmişlər
icon