Yol polisindən sürücülərə xəbərdarlıq | Reydlər başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Atmosferə buraxılan zərərli maddələrin 75 faizindən çoxu avtomobil və yanacaqla işləyən mühərriklərin payına düşür. Bu səbəbdən ölkə ərazisində mayın 15-dən etibarən “Təmiz hava” aylığı elan edilib.
“Təmiz hava” aylığı Baş Dövlət Yol Polisi İdarəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilir.
BDYPİ-dən bildirilib ki, “Təmiz hava” aylığının keçirilməsində əsas məqsəd ölkəmizin avtomobil yollarında mühərrikin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduğu avtonəqliyyat vasitələrinin istismarının qarşısını almaq, habelə sürücülərin, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirilməsidir.
Qeyd edək ki, nəqliyyat vasitəsindən atmosferə artıq zərərli qazların xaric olunması aşkar edilərsə, bu zaman sürücülər 50 manat məbləğində cərimə ediləcəklər.
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- Narkotik vasitənin təsiri altında avtobusu idarə etdi, sonra isə... - Baku TV CANLI
- DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI
- Sürücülərə xəbərdarlıq | Həftəsonu səfər planlaşdıranlar niyə ehtiyatlı olmalıdır? - Baku TV
- DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR
- Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI
