Pleyeri seçin:

2023-cü ildə haker FTB-nin Epşteyn işi ilə bağlı fayllarını ələ keçiribmiş

12 mart 2026 611 baxış

2023-cü ildə xarici haker ABŞ Federal Təhqiqat Bürosunun maliyyəçi Ceffri Epşteynlə bağlı araşdırma materiallarına çıxış əldə edib və gördüklərini açıqlamaqla hədələyib.

Bu barədə "Reuters" ABŞ Ədliyyə Nazirliyinin sənədlərinə və mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, haker təsadüfən hüquq-mühafizə orqanlarına məxsus serverə daxil olub və ehtimal ki, bunun Federal Təhqiqat Bürosuna aid olduğunu əvvəlcə anlamayıb.

Bildirilir ki, o, cihazda uşaq pornoqrafiyası görüntülərinin olmasına etiraz edib və server sahibini Federal Təhqiqat Bürosuna şikayət edəcəyi ilə bağlı mesaj qoyub. Buna cavab olaraq büro əməkdaşları onunla videozəng vasitəsilə əlaqə saxlayaraq öz xidməti vəsiqələrini göstərib və Federal Təhqiqat Bürosunun əməkdaşları olduqlarını bildiriblər.

Hakerin kim olduğu, hansı ölkədən fəaliyyət göstərdiyi, əldə etdiyi məlumatlarla nə etdiyi və serverin sındırılmasına görə onun kimliyinin müəyyənləşdirilməsi və ya cəzalandırılması üçün hansı addımların atıldığı barədə məlumat verilməyib.

Bundan əvvəl hüquq-mühafizə orqanları fevral ayında ABŞ-dəki keçmiş Böyük Britaniya səfiri Piter Mendelsonu Epşteynlə əlaqələr işi üzrə saxlamışdı. “The Telegraph” qəzeti isə yazmışdı ki, Ceffri Epşteyn hüquq-mühafizə orqanlarından gizlətmək üçün fotoşəkilləri və kompüterləri altı müxtəlif anbarda saxlayıb.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 611 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 611 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 611 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 611 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 611 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 611 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 611 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 611 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 611 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 611 baxış
Seçilmişlər
icon