Pleyeri seçin:

3-cü Dünya müharibəsi xofu Qərbi təcili hərəkətə keçirdi | Vəziyyət gərginləşir

26 noyabr 2024 805 baxış

Almaniyanın hakimiyyət orqanları bunkerlərin yaradılması üçün milli plan hazırlayır ki, bu plana hətta mövcud sığınacaqların siyahısının təşkili daxildir.

Bu barədə “Bild” nəşri məlumat yayıb.

“Raket hücumu zamanı müdafiəni təmin edə biləcək bütün mövcud binaların və fərdi evlərin siyahısının tərtib edilməsi planlaşdırılır”, – deyə məlumatda qeyd edilib.

Bundan əlavə, plan çərçivəsində bunkerlərin axtarışı üçün mobil proqramların yaradılması və özünümüdafiə tədbirləri ilə bağlı məlumat kampaniyasının aparılması nəzərdə tutulur.

Baş verə biləcək bina uçqunu zamanı xilasedicilərin sakinləri rahatlıqla tapa bilməsi üçün vətəndaşların telefonlarına şəbəkə olmadan belə işləyəcək GPS proqramlarının yazılması və iş, ev ünvanlarının daxil edilməsi tövsiyə edilib.

Bəs Almaniyanı bunkerlər planı hazırlamağa nə vadar edib?

Bir neçə gün öncəyə nəzər salsaq, “The Economic Times”ın paylaşdığı “Qiyamət gününə hazırlaşan Deutschland əməliyyatı” məqaləsində bu sualın cavabını tapa bilərik.

Belə ki, nəşrin iddialarına görə, 3-cü Dünya müharibəsi qaçılmazdır və məlum hadisə baş verərsə, almanlar sağ qalmamağa iddialıdırlar. Qabaqlayıcı tədbirlər sırasında təkcə bunkerlərin sayı deyil, həm də qida ehtiyatlarının miqdarı artırılır. Hər evə generatorlar quraşdırılır. İnsanlar əleyhqazlar və tibbi ləvazimatlar alırlar.

Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinin yazdığına görə, hakimiyyət 1000 səhifəlik məxfi hesabatları gizlətməyə çalışır. “Çünki onlar ələ keçərsə, hərbi infrastruktur ciddi təhlükə ilə üzləşəcək”, – deyə məqalədə qeyd edilir.

Logistik problemlər də Almaniya hakimiyyətinin diqqətindən yayınmayıb. Belə ki apokalipsis yaşanarsa, 200 000 hərbi maşının Almaniya ərazisindən keçməsi üçün yerüstü nəqliyyat planları da təkmilləşdirilir.

Atalar 3-dən desələr də, görünür, almanlar həm nəs rəqəmdən, həm də bu rəqəmin 3-cü Dünya müharibəsi ola biləcəyindən qorxurlar.

Banner
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 805 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 805 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 805 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 805 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 805 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 805 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 805 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 805 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 805 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 805 baxış
Seçilmişlər
icon