30-dan çox ölkə İrandan edam cəzalarına son qoymağı tələb edib
30-dan çox ölkə İranda etirazçıların edam edilməsini və ölüm hökmünün tətbiqini pisləyərək Tehranı bu praktikaya son qoymağa çağırıb.
"France-Presse" agentliyinin məlumatına görə, Fransa, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, İrlandiya, İtaliya, Almaniya və digər ölkələrin qoşulduğu birgə bəyanatda İranın etirazçıları susdurmaq məqsədilə ölüm hökmündən istifadə etdiyi bildirilib.
Bəyanata Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas da qoşulub.
Ölkələr İran hakimiyyətini ölüm hökmünün tətbiqinə dərhal son qoymağa və özbaşına saxlanılan şəxsləri azad etməyə çağırıblar.
Bəyanatda insanların ifadə və dinc toplaşmaq azadlıqlarından qorxmadan istifadə edə bilməli olduğu vurğulanıb.
Fransa Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, bəyanata əvvəlcə 26 ölkə və Kallas qoşulub. Daha sonra digər dövlətlərin də imza atması ilə iştirakçıların sayı 32-yə yüksəlib.
#İran teqi istifadə olunub
- İran ABŞ-nin Fars körfəzində hərbi fəaliyyətinə görə sərt xəbərdarlıq edib - Baku TV CANLI
- Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı artır - Baku TV CANLI
- Regionu daha geniş münaqişə ocağı gözləyir? - Tehrana yeni zərbələr nə vaxt olacaq? - Baku TV
- Pentaqondan əlavə qüvvələr, İsraildən əməliyyat hazırlığı | Yaxın Şərqdə gərginlik yenidən pik həddə
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
