Pleyeri seçin:
“30 ildir ki, hazırlaşırdıq” | Zəlzələ Rusiyaya necə təsir etdi?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Kamçatkada ölən və ciddi xəsarət alan olmayıb”.
Bu sözləri regionun qubernatoru Vladimir Solodov deyib.
Dağıntılardan danışan qubernator bildirib ki, təmirdə olan uşaq bağçasının divarı uçub, əməkdaşlar təxliyə edilib.
“Kamçatkada 30 ildir ki, yeraltı təkanlar gözlənilirdi. Alimlər və xüsusi xidmət orqanları zəlzələyə hazırlıq işləri görürdü”.
Bu sözlər isə Yer Fizikası İnstitutunun direktoru Sergey Tixotskiyə aiddir.
Tixotski bildirib ki, yeralatı təkanlar barədə xəbərdarlıq vaxtında verilib. Sunamiyə görə insanlar çimərlikdən uzaqlaşdırılıb.
Təhlükəli silkələnmənin gözlənilmədiyini deyən Yer Fizikası İnstitutunun direktoru afterşokların hiss olunacağını qeyd edib.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
