ABŞ-dəki görüş öz nəticəsini verdi! - Zelenskidən diqqətçəkən açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşün dəqiq tarixi bəlli deyil.
“Bu barədə məlumatımız yoxdur. Biz ABŞ Prezidenti ilə məhsuldar görüş keçirdik. Ardınca müzakirələr digər müttəfiqlərimizlə də davam etdi və üçtərəfli görüşə hazır olduğumuz təsdiqləndi. Rusiya ABŞ Prezidentinə təklif etsə, ikitətəfli görüş də mümkündür. Ukrayna sülh yolunda dayanmayacaq və istənilən formata hazırdır”, ‒ Zelenski deyib.
Böyük Britaniyanın Baş naziri Kir Starmer isə Vaşinqtondakı görüşün nəticələrini belə qiymətləndirib:
“Konstruktiv görüş alındı. Tramp, Zelenski və Avropa liderləri arasında birlik hiss olunurdu. İki nəticə əldə olundu. Birincisi, təhlükəsizliyə zəmanət üçün 30 ölkədən ibarət koalisiya bundan sonra gələcək planları ABŞ ilə də koordinasiya edəcək. Artıq məsələ ilə bağlı hazırlıq işləri barədə tapşırıq verilib. Bu Ukraynanın da təhlükəsizliyi üçün önəmlidir. İkinci mühüm məsələ isə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün razılaşdırılması idi”.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
