ABŞ neftin qiymətini aşağı salıb, silah istehsalını artıracaq
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin daha da azalmasına nail olmaq niyyətini bəyan edib.
Tramp bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında çıxışı zamanı deyib.
"Mən neft şirkətləri ilə görüş keçirəcəyəm. Söhbətin nədən getdiyini bilirsiniz. Biz daha çox neft hasil etməliyik ki, bu da onun qiymətini daha da aşağı salmağa imkan verəcək", – deyə Amerika lideri bildirib.
Onun təqdim etdiyi versiyaya görə, Vaşinqtonda hakimiyyətdə olduğu təqribən bir il ərzində enerji daşıyıcılarının qiymətləri əhəmiyyətli dərəcədə azalıb.
"Televiziyada deyirlər ki, enerji daşıyıcılarının qiymətləri 3% azalıb. Lakin onlar 3% azalmayıb. Qiymətlər daha da aşağı düşəcək", – deyə Amerika lideri əminliyini ifadə edib.
ABŞ Prezidenti həmçinin ölkədə silah istehsalının sürətləndiriləcəyini bildirib. Tramp vurğulayıb ki, əsas problem silahın kifayət qədər sürətlə istehsal olunmamasıdır və ABŞ bundan sonra istehsal tempini əhəmiyyətli dərəcədə artıracaq.
Çıxışı zamanı Tramp həmçinin Venesuelaya edilən hücum nəticəsində insanların həlak olması ilə bağlı təəssüf hissi keçirdiyini bildirib.
#Donald Tramp teqi istifadə olunub
- Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV
- ABŞ Prezidentindən gözlənilməz qərar | Yaxın Şərqdə ara yenidən qarışır? - Baku TV CANLI
- Vaşinqton Tehranla razılaşacaq, yoxsa hərbi təzyiqi artıracaq? - Baku TV
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM
