Ağ Ev Qəzzada səmərəli idarəetmə sisteminin qurulmasını istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner Misirdə keçirilən texniki danışıqlarda Vaşinqtonu təmsil ediblər. Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Prezident Donald Tramp regionda sülhün tezliklə əldə olunmasında maraqlıdır. Onun sözlərinə görə, dayanıqlı sülhün bərpası üçün ABŞ Administrasiyasının əsas prioritetləri təhlükəsizliyin təmin edilməsi və Qəzza zolağında səmərəli idarəetmə sisteminin qurulmasıdır. Livitt həmçinin qeyd edib ki, münaqişədə iştirak edən bütün tərəflər artıq müharibənin bitməsinə və Trampın sülh planının qəbul edilməsinə dair razılığa gəliblər. Texniki qruplar isə girovların azad edilməsi üçün ideal şəraitin yaradılması imkanlarını müzakirə edirlər.
#Donald Tramp teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
