Aİ-nin Ukraynaya ayırdığı vəsait | Rusiyanın dondurulmuş aktivlərindən...
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı müharibənin başlanğıcından bəri Ukraynaya 178 milyard avroya yaxın vəsait ayırıb.
Bunu Avropa Parlamentinin İqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis Strasburqda Avropa Parlamentinin sessiyasında çıxışı zamanı deyib.
"Ümumilikdə, Avropa İttifaqı artıq Ukraynaya 178 milyard avro yardım göstərib ki, bu da dünyanın istənilən ölkəsinin yardımından çoxdur. Bu məbləğin 62,3 milyard avrosu Avropa Sülh Fondu vasitəsilə Kiyevə hərbi dəstəyə yönəlib", ‒ deyə Dombrovskis qeyd edib.
O xatırladıb ki, 2024-cü ildə Avropa Komissiyasının təşəbbüsü ilə G7 ölkələri Kiyevə 45 milyard avro dəyərində kredit xətti ayırıb və bu kredit xətti Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə qaytarılması nəzərdə tutulub. Bu vəsaitin 22 milyard avrodan çoxu artıq xərclənib.
Dombrovskisin sözlərinə görə, Avropa İttifaqı 2025-ci ildə Ukraynaya təxminən 1,6 milyon iriçaplı artilleriya mərmisi tədarük edəcək və onun istehsalı 2022-ci ildəki 300 mindən 2025-ci ildə 2 milyona çatacaq.
Sonda o, Ukraynanın əlavə maliyyəyə ehtiyacı olduğunu vurğulayıb və təzminat krediti sxemi çərçivəsində dondurulmuş Rusiya aktivlərinin ekspropriasiyasına hazırlığı sürətləndirməyə çağırıb.
#Avropa İttifaqı teqi istifadə olunub
- Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu
- Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV
- Rusiya XİN Aİ və NATO rəhbərliyini ittiham etdi
- Ursula Fon der Lyayenin Kanadaya assosiativ üzvlük təklifinə qarşı narazılıqlar var
- "Putindən başqa hamı sülh istəyir" | Rusiya bu zəngə sevinir, yoxsa...? - Baku TV
