Pleyeri seçin:

Alimlərdən mühüm tapıntı | Bu planetdə şəhər salıb yaşamaq mümkünləşir?

21 dekabr 2024 216 baxış

İranlı mühəndislər Marsın ekstremal şəraitinə davamlı tikinti materialları yaratmaq üçün onun resurslarından istifadə üsulunu hazırlayıblar.

Tədqiqatçılar zondlar və marsoxodlar tərəfindən toplanmış Mars torpağı – regolitin kimyəvi tərkibini öyrənərək bu materialdan hazırlana biləcək bir neçə beton növü təklif ediblər.

Həmçinin onlar insan qan plazması zülalları kimi üzvi bağlayıcılardan istifadə imkanlarını da nəzərdən keçiriblər.

Bu ideya heyvan qanı və sidiyindən istifadəyə əsaslanan qədim Roma tikinti texnologiyalarından ilhamlanıb.

Mühəndislərin hazırladığı bu müasir beton yüksək möhkəmliyə malikdir və uzunömürlü binaların inşası üçün əlverişlidir.

Alimlər öz ideyalarını yoxlamaq məqsədilə Mars geologiyasını daha dərindən öyrənməyi planlaşdırırlar. Onlar bunun üçün orbitə və Marsın səthinə göndərilmiş missiyaların məlumatlarından istifadə edəcəklər.

Bundan başqa, Marsda geniş yayılmış və tikinti üçün uyğun xüsusiyyətlərə malik olan kükürdün də perspektivli material olduğu vurğulanır. Bir milyon insan üçün nəzərdə tutulmuş Mars şəhərinin yaradılması hələ uzaq bir məqsəd kimi görünsə də, bu tədqiqat həmin arzunun reallaşmasına daha da yaxınlaşmağa imkan yaradır.

Alimlərin fikrincə, bu texnologiya Qırmızı planetin bəşəriyyətin yeni evi olmasında həlledici rol oynaya bilər.

Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 216 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 216 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 216 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 216 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 216 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 216 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 216 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 216 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 216 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 216 baxış
Seçilmişlər
icon