Pleyeri seçin:

Andrey Yermakın evində niyə məhz indi axtarış aparılır?

28 noyabr 2025 506 baxış

Ukraynanın Korrupsiyaya qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu (SAP) və Korrupsiyaya qarşı Mübarizə İdarəsi (NABU) Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın ev və ofisində axtarışlar aparır. Axtarışların ABŞ-nin ordu naziri Daniel Driskollun Kiyevə səfərindən bir gün əvvəl aparılması təsadüfi hesab edilmir.

Bu barədə Ukraynanın “Strana” nəşri yazıb.

Mənbənin versiyasına görə, bu, Ukrayna hakimiyyətinə ABŞ Prezidenti Donald Trampın sülh planı, xüsusən də Ukrayna qoşunlarının Donbasdan çıxarılması məsələsində güzəştə razı salmağa edilən təzyiqi ehtiva edir:

“Bundan cəmi bir gün əvvəl Yermak bəyan etmişdi ki, Volodimir Zelenski prezident olduğu müddətdə Ukrayna ərazi güzəştinə getməyəcək. Məhz buna görə də siyasi dairələrdə bir çoxları Yermakın evindəki axtarışları bu hadisələrlə əlaqələndirir. Bu versiyaya əsasən, Vaşinqton NABU vasitəsilə Zelenskini başa salır ki, vəziyyət ciddidir, sülh planı ilə bağlı mövqeni korrektə etməyin vaxtı çatıb.

Başqa bir versiyaya görə, axtarışlar anti-Zelenski koalisiyası tərəfindən çoxdan həyata keçirilən xəttin tərkib hissəsidir. Məqsəd prezidentin real hakimiyyətdən məhrum edilməsidir. Bu planın əsas elementlərindən biri də Yermakın vəzifədən uzaqlaşdırılmasıdır, amma Zelenski indiyədək buna razı olmayıb. Görünür, indi ona bu addımı atmaq üçün yeni arqumentlər təqdim edilir.

Həmçinin son günlərdə aktiv şəkildə Yermakın Bankovaya tabe olan xüsusi xidmət orqanları vasitəsilə NABU və SAP-a qarşı əks-zərbə hazırladığı barədə şayiələr yayılırdı. Antikorrupsiya qurumlarının bu gün apardığı əməliyyatlar da belə bir ssenarinin qarşısını almağa yönəlmiş ola bilər.

Bir neçə gün əvvəl o məlumat da yayılmışdı ki, NABU Zelenskini Yermaka korrupsiya işi üzrə şübhəli şəxs qismində ittiham irəli sürüləcəyi barədə xəbərdar edib. Mediaya görə, Zelenski Yermakı xilas etmək üçün onu danışıqlar qrupunun rəhbəri təyin edib. Amma görünən budur ki, bu, Prezident Administrasiyasının rəhbərini istintaq tədbirlərindən qorumağa kifayət etməyib”.

Banner
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 506 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 506 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 506 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 506 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 506 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 506 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 506 baxış
İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 506 baxış
Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI

Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 506 baxış
Qara dənizdə taxıl dəhlizinin açılması Zelenski ilə Modi arasındakı telefon söhbətində müzakirə edilib

Qara dənizdə taxıl dəhlizinin açılması Zelenski ilə Modi arasındakı telefon söhbətində müzakirə edilib

Dünya
10 noyabr 2026 506 baxış
Seçilmişlər
icon