Pleyeri seçin:

Ankara Avropa Parlamentinin sanksiya təşəbbüsünə etiraz edib

15 iyun 2026 426 baxış

Türkiyənin Avropa Parlamenti ilə münasibətləri növbəti böhran yaşayır.

Ankara Avropa Parlamentinin üzvlərindən birinin – Türkiyənin ədliyyə naziri Akın Gürlekin Avropa İttifaqının sanksiya siyahılarına daxil edilməsi təklifinə kəskin reaksiya verib.

Bu təşəbbüs iyunun 17-də Avropa Parlamenti səsverməsinə çıxarılacaq “Türkiyə üzrə hesabat” layihəsində yer alır. Buna cavab olaraq, Türkiyənin ədliyyə naziri Avropa Parlamentinin üzvlərinin Türkiyə məhkəmə sisteminə və şəxsən öz ünvanına tənqidləri “ideoloji qərəzlik”lə əlaqələndirib.

Gürlek Avropa Parlamentinin Türkiyə məhkəmə sisteminə hücumlarının uğursuzluğa məhkum olduğuna əmin edib.

Ədliyyə naziri vurğulayıb ki, Türkiyə Cümhuriyyəti demokratiya prinsiplərinə sadiq olan müstəqil, suveren dövlətdir, burada qanunun aliliyinə hörmət edilir və əsrlər boyu mövcud olan dövlətçilik ənənələrinə əsaslanırlar:

“Türkiyə məhkəmə sistemi Konstitusiya və qanunlara uyğun olaraq qərarlar qəbul edir, hökmlər isə xalqın adından çıxarılır. Avropa Parlamentindəki müəyyən dairələr tərəfindən dəstəklənən siyasi motivli yanaşmalar Avropa İttifaqı qurumlarına olan etimadı sarsıdır. Müstəqil məhkəmələrin qərarları bizim üçün prioritet olaraq qalır. Türkiyə məhkəmə sistemi üzərində təzyiq və ya nəzarət etmək ehtimalı ilə bağlı heç kimin heç bir illüziyası olmamalıdır. Biz qanunun aliliyinə əsaslanaraq bundan sonra da borcumuzu yerinə yetirməyə davam edəcəyik”, – deyə o əlavə edib.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 426 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 426 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 426 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 426 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 426 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 426 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 426 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 426 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 426 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 426 baxış
Seçilmişlər
icon