Pleyeri seçin:

Avropanın qaz anbarlarında doluluq son beş ilin ən aşağı səviyyəsindədir

06 iyul 2026 304 baxış

Avropanın yeraltı qaz anbarlarında ehtiyatların doluluq səviyyəsi 50 %-i ötüb, lakin bu göstərici son beş ilin ən aşağı səviyyəsindədir.

Bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının məlumatlarında qeyd olunub.

Məlumata görə, iyulun əvvəlindən etibarən Avropa İttifaqı ölkələrinin yeraltı qaz anbarlarına xalis qaz vurulması da son altı ilin minimumundadır. Hazırda Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 50,03 % təşkil edir. Bu, son beş ilin həmin tarix üzrə orta göstəricisindən 15,05 % bəndi aşağıdır. Ötən ilin eyni dövründə bu göstərici 60 % səviyyəsində olub. Hazırda anbarlarda 54,7 milyard kubmetr qaz mövcuddur ki, bu da 2025-ci ilin göstəricisindən 11 milyard kubmetr azdır.

Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək qaz anbarlarının doluluq səviyyəsini 90 %-ə çatdırmalıdır.

Beləliklə, 2026–2027-ci illərin payız-qış mövsümünün əvvəlinədək normativ göstəriciyə çatmaq üçün anbarlara xalis şəkildə ən azı 68 milyard kubmetr qaz vurmalıdır. Ötən il isə bu göstərici təxminən 55 milyard kubmetr olub. Hazırkı vəziyyətə görə, Avropa qarşıdakı qış mövsümü üçün tələb olunan qaz həcminin cəmi 35 %-ni, yəni 24 milyard kubmetrini yeraltı qaz anbarlarına vurmağa nail olub.

Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 304 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 304 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 304 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 304 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 304 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 304 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 304 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 304 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 304 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 304 baxış
Seçilmişlər
icon