Bəhreyndə 54 raket və dron hücumu qeydə alındı
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 9-da İrana məxsus pilotsuz uçuş aparatları Bəhreyndə "Bapco" neft emalı zavodunu hədəf alıb. Zavod istiqamətindən qatı tüstü qalxdığı müşahidə edilib.
"Bapco" Bəhreynin əsas neft emalı zavodu və ölkənin enerji sektorunda əsas müəssisədir.
Həmçinin həvəskar çəkilişlərdə İranın pilotsuz təyyarələrinin Bəhreynin Sitra bölgəsini hədəf aldığı görünür. Nəticədə nəqliyyat vasitələri və binalar zədələnib, küçələrdə dağıntılar qeydə alınıb.
Bəhreynin Səhiyyə Nazirliyi martın 9-u səhər saatlarında Sitra bölgəsində İranın hücumunu təsdiqləyib.
Qeyd edək ki, fevralın 28-dən müharibənin başlanğıcından etibarən İran Bəhreyndə ABŞ-nin Beşinci Donanma bazası, limanlar və müxtəlif obyektlərə zərbələr endirib. Bəhreyn hava müdafiəsi sistemi isə onlarla raket və dronu zərərsizləşdirə bilib. Bəzi rəsmi məlumatlara görə, ölkə üzrə 54 raket və dron hücumu qeydə alınıb ki, onların da bir çoxu havada məhv edilib.
#İran teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
