Böyük Britaniya Sudana sanksiyalar hazırlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya Xarici İşlər Nazirliyi Sudandakı vəziyyətin hərbi əməliyyatlar fonunda gərginləşməsi ilə əlaqədar olaraq bu ölkəyə qarşı sanksiyaların hazırlanmasına başlayıb.
Bu barədə xarici işlər naziri İvett Kuper açıqlama verib.
"Sudanda insan haqlarının pozulması və hakimiyyətdən sui-istifadə ilə bağlı mümkün sanksiyaların hazırlanması üçün əməkdaşlarıma göstəriş vermişəm", ‒ deyə nazir Britaniya parlamentinin aşağı palatası olan İcmalar Palatasında çıxışında bildirib. O həmçinin tərəfləri Sudana humanitar yardımın çatdırılmasını təmin etmək üçün üç aylıq atəşkəsə çağırıb:
"Biz təcili olaraq üç aylıq humanitar atəşkəsin əldə olunmasını tələb edirik ki, bu da zəruri malların çatdırılmasına zəmanət verəcək".
#Böyük Britaniya teqi istifadə olunub
- Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb
- İran Londonla münasibətlərdə gərginliyi artıran qərar qəbul edib - Baku TV CANLI
- Orta əsrlərin cəngavər döyüşləri fərqli formatda keçirilib
- Ukraynaya ayrılan 10 milyardlıq yardımın 7 milyardı iqtisadi yardıma, 3 milyardı silah tədarükünə gedəcək
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
