Britaniyada hava şəraiti qatar və təyyarə reyslərinin ləğvinə səbəb olub
Böyük Britaniyanın şimal bölgəsində müşahidə olunan “Floris” qasırğası nəqliyyatın hərəkətini çətinləşdirib.
Şotlandiya, Şimali İrlandiya, Uels və İngiltərənin şimal hissələrində güclü küləyin əsdiyi və intensiv yağışın yağdığı bildirilir.
Böyük Britaniyanın Meteoroloji xidməti Şotlandiyanın böyük bir hissəsi üçün narıncı, İngiltərənin şimalı, Uels, Şimali İrlandiya və Şotlandiyanın digər bölgələri üçün isə sarı xəbərdarlıq elan edib.
Ölkənin şimalında dəmir yolu və hava nəqliyyatı ilə hərəkət ciddi şəkildə pozulub. Şərq sahil magistral xətti üzrə Nyukasldan şimala olan bütün qatar reysləri, həmçinin Qlasqodan Şotlandiyanın adalarına planlaşdırılan bəzi aviareyslər hava şəraiti səbəbindən ləğv olunub.
Avtomobil yollarında da ciddi məhdudiyyətlər tətbiq edilib. Şotlandiyanın əsas körpülərinin əksəriyyəti bəzi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
#Böyük Britaniya teqi istifadə olunub
- Küveyt Britaniyadan 489 milyon dollarlıq HHM sistemi alacaq
- Qüdsdəki kompromis böhranı həll etdi, yoxsa sadəcə təxirə saldı? - Baku TV
- 32 və 36 yaşlı şəxs hərbi bazaya qanunsuz daxil olub
- Böyük Britaniya Avropa ilə münasibətləri gücləndirir
- Avropa Britaniyaya qapılarını açacaq? - Qalmaqallı ayrılıqdan sonra nələr olacaq? - Baku TV
