“Bu sivilizasiyanı yenidən qurun” | Sikorski İrana çağırış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Yaxşı olardı ki, İran Rusiyanın Ukraynaya təcavüzü zamanı istifadə edilən “Şahed”ləri və onların istehsalı üçün lisenziyanı Rusiyaya satmasın".
Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski “X” hesabında İranın xarici işlər naziri Abbas Əraqçinin sosial şəbəkədəki paylaşımına cavab olaraq yazıb.
"İranın xarici işlər nazirinin polyak dilində yazması çox gözəldir, lakin Ukraynaya təcavüz zamanı Rusiyaya pilotsuz təyyarələr və onların istehsalı üçün lisenziya satmamaq daha yaxşı olardı. İran xalqına arzu edirəm ki, onların hökuməti islam inqilabını ixrac etmək və uranı zənginləşdirmək əvəzinə, vaxtilə dünyanı heyrətləndirən fars sivilizasiyasının yenidən qurulmasına diqqət yetirsin", – R.Sikorski yazıb.
#İran teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
