Pleyeri seçin:
COP30-un keçirildiyi ərazidə yanğın oldu
Braziliyanın Belem şəhərində COP30-un iqlim sammiti keçirilən zaman məkanın bəzi hissələrində yanğın baş verib.
Əraziyə yanğınsöndürmə əməkdaşları cəlb edilib. İştirakçılar və ətrafdakıların təhlükəsizliyinin təmin olunması üçün tədbirin təşkil olunduğu bina və yaxın ərazidəki insanlar təxliyə edilib.
Şahidlərin dediyinə görə, yanğın Çin pavilyonunun yaxınlığında başlayıb. Təhlükəsizlik qrupları insan zənciri yaradaraq hadisə baş verən sahəni qapadıblar.
Braziliyanın turizm naziri Celso Sabino yanğının tezliklə nəzarət altına alındığını və xəsarət alanların olmadığını bildirib.
Kopyalandı
#Braziliya teqi istifadə olunub
- Braziliya Prezidenti ABŞ-nin yeni tariflərini tənqid etdi
- Prezident İlham Əliyev Braziliya səfirinin etimadnaməsini qəbul etdi
- İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Braziliyada Xilaskar Məsih heykəlinin qarşısına xüsusi xalçalar sərilib
- Qlobal miqyasda Ebola yayılması ilə bağlı xəbərdarlıq edilir - Baku TV
