Pleyeri seçin:

Dinozavrların mənşəyi ilə bağlı Britaniya alimlərindən maraqlı araşdırma

12 may 2025 731 baxış

Təbaşir dövrünün sonlarında Şimal yarımkürəsinin faunasına əsasən tiranozavrlar, hadrozavrlar və keratopslar üstünlük təşkil edib.

Uzun müddət tiranozavrın yalnız Şimali Amerikaya məxsus dinozavr olduğu düşünülürdü. Lakin britaniyalı alimlər tərəfindən aparılan yeni tədqiqat bu nəhəng yırtıcıların əcdadlarının Asiyadan gəldiyini ortaya çıxarıb.

Tədqiqatçılar süni intellekt modelləşdirilməsindən istifadə edərək tiranozavrların mənşəyini analiz ediblər. Nəticələrə əsasən, qədim tiranozavrlar təxminən 70 milyon il əvvəl Asiyanı Şimali Amerika ilə birləşdirən quru körpüsü ‒ hazırkı Berinq boğazı üzərindən keçərək yeni ərazilərə yayılıblar.

Araşdırmada təkcə fosillərin yerləşmə yerləri deyil, həm də dinozavrların təkamül əlaqələri, Təbaşir dövrünün coğrafiyası və iqlim şəraiti, eləcə də fosil qeydlərindəki boşluqlar nəzərə alınıb ki, bu da nəticələrin daha dəqiq olmasına imkan verib.

Tədqiqatda meqaraptorlar da araşdırılıb. Bu dinozavrlar uzun barmaqları və 35 santimetrə çatan qarmaqlı caynaqları ilə seçilirdilər. Alimlər onların düşünüldüyündən daha geniş ərazidə yayılmış olduğunu müəyyənləşdiriblər.

Qeyd olunub ki, kontinentlər ayrıldıqda bu nəhəng yırtıcıların təkamül yolları da fərqlənib. Nəticədə tiranozavrlar Asiya kimi regionlarda meqaraptorların yerini tutsalar da, Avstraliya və Pataqoniya kimi ərazilərdə meqaraptorlar öz ekosistemlərində üstün yırtıcıya çevriliblər.

Kopyalandı
Banner
Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Dünya
04 noyabr 2026 731 baxış
Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Dünya
04 noyabr 2026 731 baxış
Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Dünya
04 noyabr 2026 731 baxış
Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Dünya
04 noyabr 2026 731 baxış
Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Dünya
04 noyabr 2026 731 baxış
ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir

ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir

Dünya
04 noyabr 2026 731 baxış
Fon der Lyayen qalıq yanacaqlardan asılılığın iqtisadi risklərindən danışıb

Fon der Lyayen qalıq yanacaqlardan asılılığın iqtisadi risklərindən danışıb

Dünya
04 noyabr 2026 731 baxış
Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur

Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur

Dünya
04 noyabr 2026 731 baxış
Rusiyanın dron arsenalı ilə bağlı narahatlıqlar müharibədən sonrakı dövrə də aiddir

Rusiyanın dron arsenalı ilə bağlı narahatlıqlar müharibədən sonrakı dövrə də aiddir

Dünya
04 noyabr 2026 731 baxış
Almaniya Kansleri Rusiyaya atəşkəslə bağlı çağırış edib

Almaniya Kansleri Rusiyaya atəşkəslə bağlı çağırış edib

Dünya
04 noyabr 2026 731 baxış
Seçilmişlər
icon