Pleyeri seçin:
Donald Trampın anklavla bağlı planı necə olacaq? - Baku TV
ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə müharibədən sonrakı planların həyata keçirilməsi üçün Qəzza üzrə Sülh Şurasının tərkibini elan etməyi planlaşdırır.
Bu barədə "Bloomberg" agentliyi xəbər verir.
Media orqanı qeyd edir ki, şuranın tərkibinin gələn həftə elan olunacağı və ilk iclasının Davos forumu çərçivəsində keçiriləcəyi gözlənilir.
Məlumata görə, şura dövlət və hökumət başçılarından ibarət olacaq və ona şəxsən Donald Tramp rəhbərlik edəcək.
Şuranın vəzifələri arasında Qəzzada HƏMAS-ın yerinə müvəqqəti administrasiyanın formalaşdırılması, beynəlxalq təhlükəsizlik qüvvələrinin cəlb olunması və anklavın bərpasının maliyyələşdirilməsi yer alır.
İsrailin Baş naziri Benyamin Netanyahu planı dəstəkləyib.
Kopyalandı
#Donald Tramp teqi istifadə olunub
- ABŞ Prezidenti münaqişənin həlli ilə bağlı nikbin danışaraq razılaşma ehtimalını gündəmə gətirib
- Trampın İrlandiyanın birləşməsinə dəstək ifadə etməsi Britaniyada müzakirələrə səbəb olub - Baku TV
- Ankoric görüşündə hansı razılıq əldə olunmuşdu? | Lavrov niyə Qərbi ittiham etdi? - Baku TV
- Tramp Zelenskinin “Patriot” istehsalı planına razılıq verir? - Baku TV CANLI
- Tramp nazirlərin xidmətlərindən istifadə edəcəklərini açıqladı
