Pleyeri seçin:

Ən qeyri-adi taleli model | Həkimlər mənə görə çaşbaş qaldı ki...

09 avqust 2024 409 baxış

O, dünyanın ən qəribə taleli modelidir. 34 yaşlı amerikalı model Lauren Vasser 12 il öncə qadın tomponuna görə həyatının şokunu yaşayıb.

2012-ci ildə bir ziyafətdə qız özünü pis hiss edib, evə dönüb. Səhəri gün yataqdan qalxa bilməyib. O döşəməyə yıxılıb, xatırladığı şey tək odur ki, öz nəcisinə bulanıb və dayanmadan qusurmuş. Ailəsi qızı təcili xəstəxanaya çatdırıb.

“Həkimlər və tibb bacıları çaşqınlıq içində idilər, çünki mən gənc, sağlam 24 yaşlı qız idim. Yalnız infeksionist çağırılanda hər şey aydınlaşmağa başladı. Məndə tampon olduğunu biləndə dərhal qanımı analiz etdilər. Məlum oldu ki, toksik şok sindromunun əlamətləri var. İstifadə etdiyim tamponun stafilokokla yoluxduğu ortaya çıxdı. Komaya düşdüm, ayılanda bir ayağımı kəsmişdilər. Qanqren başlamışdı”, – deyə o, müsahibəsində bildirib.

6 il sonra, 2018-ci ildə qızın ayağının ikincisi amputasiya edilib. Bu müddət ərzində qız təkcə ağrı ilə deyil, həm də posttravmatik stress pozğunluğu, depressiya ilə mübarizə aparıb. Aylarla əlil arabasında qaldıqdan sonra L.Vasser ayağa qalxıb – qızıldan hazırlanmış ayaqların üzərində.

O, qızıl diş protezləri ilə məşhur olan rokçu ASAP Rokidən ilhamlanaraq özünə qızıldan protez sifariş verir. Elə bundan sonra qızın model kimi karyera yüksəlişi başlayır. O, “Louis Vuitton”, “Hublot”, “Lacoste”, “Shiseido”, “Furla” və “Gabriela Hearst” kimi bahalı brendlərlə əməkdaşlıq edir, dünya üzrə jurnalların üz qabığında görünür.

Model indi sosial şəbəkələrdə də aktivlik nümayiş etdirərək, fiziki əngəlli insanlara ümid və nümunə olur.

Banner
Baham adalarına gedən təyyarə Floridada ağır qəzaya düşdü - Baku TV CANLI

Baham adalarına gedən təyyarə Floridada ağır qəzaya düşdü - Baku TV CANLI

Dünya
02 noyabr 2026 409 baxış
Yeniyetmənin paylaşımı Moskvanı niyə həyəcana saldı? - Baku TV

Yeniyetmənin paylaşımı Moskvanı niyə həyəcana saldı? - Baku TV

Dünya
02 noyabr 2026 409 baxış
Ukraynada Rusiya hücumundan sonra ölənlər və dağıntılar barədə məlumat yayıldı - Baku TV

Ukraynada Rusiya hücumundan sonra ölənlər və dağıntılar barədə məlumat yayıldı - Baku TV

Dünya
02 noyabr 2026 409 baxış
Fransada etirazların miqyası genişləndi | Saxlanılanlarla bağlı rəqəm açıqlandı - Baku TV

Fransada etirazların miqyası genişləndi | Saxlanılanlarla bağlı rəqəm açıqlandı - Baku TV

Dünya
02 noyabr 2026 409 baxış
Türkiyə paytaxtında genişmiqyaslı əməliyyat keçirildi | 109 nəfər saxlanıldı - Baku TV

Türkiyə paytaxtında genişmiqyaslı əməliyyat keçirildi | 109 nəfər saxlanıldı - Baku TV

Dünya
02 noyabr 2026 409 baxış
Dallasda baş verən atışmalarda 15 nəfər yaralanaraq xəstəxanaya yerləşdirildi - Baku TV

Dallasda baş verən atışmalarda 15 nəfər yaralanaraq xəstəxanaya yerləşdirildi - Baku TV

Dünya
02 noyabr 2026 409 baxış
COVID-19 və qrip yenidən narahatlıq yaradır: ölənlər var - Baku TV

COVID-19 və qrip yenidən narahatlıq yaradır: ölənlər var - Baku TV

Dünya
02 noyabr 2026 409 baxış
Ukraynaya 500 ədəd Patriot PAC-3 raketinin tədarükü nəzərdə tutulur - Baku TV CANLI

Ukraynaya 500 ədəd Patriot PAC-3 raketinin tədarükü nəzərdə tutulur - Baku TV CANLI

Dünya
01 noyabr 2026 409 baxış
COVID-19 və qrip yenidən narahatlıq yaradır - Baku TV CANLI

COVID-19 və qrip yenidən narahatlıq yaradır - Baku TV CANLI

Dünya
01 noyabr 2026 409 baxış
Ukrayna Prezidenti ərazi məsələsində mövqeyini bir daha açıq şəkildə ifadə edib - Baku TV CANLI

Ukrayna Prezidenti ərazi məsələsində mövqeyini bir daha açıq şəkildə ifadə edib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 409 baxış
Seçilmişlər
icon