Ərəb şirkətləri neftin qiymətinin azalmasına görə təcili tədbir gördü
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco” və Əbu-Dabinin milli neft şirkəti “Abu Dhabi National Oil Company” (ADNOC) neftin qiymətinin ucuzlaşması fonunda qlobal sazişlərin sayını azaldır. Bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, şirkətlər neft satışından gələcək gəliri yenidən qiymətləndirmək məqsədilə investisiya layihələrini məhdudlaşdırıblar. Enerji sektorunda çalışan anonim bir bankir bildirib ki, “Saudi Aramco” və ADNOC sahibləri “dividendlərə daha çox diqqət yetirmək, genişlənməyə isə daha az vəsait ayırmaq” niyyətindədirlər.
Digər mənbələrin verdiyi məlumata görə, şirkətlər qaz sahəsindəki sazişləri də azaldacaqlar, lakin bu sahədə fəaliyyət tamamilə dayandırılmayacaq.
Qeyd olunub ki, son üç il ərzində Fars körfəzi ölkələrinin neft korporasiyaları qaz istehsalı, kimyəvi və sürtgü materiallarının istehsal güclərinin genişləndirilməsinə 60 milyard dollardan çox vəsait xərcləyiblər.
#Səudiyyə Ərəbistanı teqi istifadə olunub
- Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər
- Səudiyyə Ərəbistanının hava limanları dronlarla hədəf alınıb? - Baku TV
- "Saudi Aramco" və hava limanları vuruldu
- Səudiyyə Ərəbistanının enerji və nəqliyyat infrastrukturuna qarşı hücum - Baku TV CANLI
- "Təcili tədbirlər görüləcək" | Misir Səudiyyə Ərəbistanını niyə müdafiə etmək istəyir? - Baku TV
