Pleyeri seçin:

Fransanın növbəti kəşfiyyat uğursuzluğu

26 dekabr 2023 362 baxış

Fransa xüsusi xidmət orqanları növbəti dəfə Qərbi Afrikada uğursuzluğa düçar olub. Burkina-Faso dövlətində Fransanın kəşfiyyat fəaliyyəti üzə çıxıb, casus şəbəkəsi ifşa edilib.

Belə ki, Fransa Xarici Kəşfiyyat İdarəsinin, diplomatik pasporta malik dörd əməkdaşı Burkina-Faso hakimiyyəti tərəfindən casusluq ittihamı ilə saxlanılıb və onların ölkədəki fəaliyyəti ilə bağlı təhqiqata başlanılıb. Bununla da Makronun bu bölgədə siyasi sabitliyi pozmaq niyyəti puç olub.

Millət vəkili Elman Nəsirovun sözlərinə görə, bu hadisə bir daha onu göstərdi ki, Makron hakimiyyəti bütün dünyada geniş casus şəbəkəsi formalaşdırmaqla məşğul olub:

“O, bu fəaliyyəti ilə dünyanın ayrı-ayrı nöqtələrində təhlükəsizlik üçün ciddi təhdid yaradıb. Həmin ölkələrdə sabitliyin pozulması, səfərbər olmuş cəmiyyətin dağıdılması, vətəndaş həmrəyliyinin aradan qaldırılması, dövlət, hakimiyyət və xalq arasında uçurumun formalaşması üçün milyardlarla dollar vəsait xərcləyib. Amma nəticə sıfıra bərabərdir. İndi Fransa siyasi lideri dünyada rüsvay olur. Mənə elə gəlir ki, özünə hörmət edən dövlətlərdə belə vəziyyətlərdə ölkə başçısı istefaya gedir”.

Təəssüf ki, Fransa tərəfdaşlıq etdiyi ölkələrlə əlaqələrinin inkişafına dəstək olmaqdansa, müstəmləkəçilik siyasəti yürüdür, hətta həmin ölkələrin daxili işlərinə qarışmağa çalışır. Son məlumatlara görə, diplomatik missiyanın “artıq normal fəaliyyət göstərə bilməyəcəyi” əsas göstərilərək Fransa Nigerdəki səfirliyini bağlamaq niyyətindədir. Beləliklə, Fransanın neokolonial siyasəti, ölkələrə müdaxilə cəhdi artıq hər bir cəbhədə fiasko ilə nəticələnir.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 362 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 362 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 362 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 362 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 362 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 362 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 362 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 362 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 362 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 362 baxış
Seçilmişlər
icon