Pleyeri seçin:
Həkimlərin səyi nəticəsiz qaldı | Türkiyə hərbçisi şəhid oldu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İraqın şimalında Türkiyə ordusunun keçiridiyi “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terrorçuların hücumu nəticəsində şəhid olan türkiyəli əsgərlərin sayı 9-a çatıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb. Məlumatda bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, daha bir yaralı hərbçi dünyasını dəyişib.
Qeyd edək ki, yanvarın 12-də “Pençe-Kilit” əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa cəhd edən terrorçularla qarşıdurmada Türkiyə ordusunun 8 hərbi qulluqçusu şəhid olmuş, daha 4 əsgər isə yaralanmışdı. Məlumata görə, ümumilikdə bölgədə 23 terrorçu zərərsizləşdirilib.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti
- Ankara hərəkətə keçdi
- Türkiyədə sosial şəbəkələrlə bağlı yeni qadağa qüvvəyə minir - Baku TV CANLI
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
