Pleyeri seçin:

Hərb tarixində ilk | Satılan silah-sursat təyyarə ilə sifarişçiyə necə çatdırılacaq? - HƏRBİ XRONİKA

16 mart 2025 557 baxış

Baku TV-nin “Hərbi xronika” rubrikasının yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda dünyanın ən iri nəqliyyat təyyarəsi olan “WindRunner” barədə məlumat verilib.

Hərfi tərcümədə “Küləkdə qaçan” anlamı verən təyyarə ilə bağlı diqqətçəkən məqam onun bir səfərdə 6 ədəd “F-16” qırıcısı və ya 6 ədəd “Boeing CH-47 Chinook” helikopterini rotorları ilə birlikdə daşıya bilmək imkanlarına malik olmasıdır.

Hazırlanma mərhələsində olan “Radia WindRunner” 108 metr uzunluğu, 24 metr hündürlüyü, 80 metr qanad açıqlığı olan hava nəqliyyat vasitəsidir. 0.6 max kreyser sürəti, 72 ton faydalı yükdaşıma imkanı olan təyyarənin yük bölməsinin həcmi 7 702 kubmetrdir.

Ümumilikdə 73 tona yaxın yük qaldıra bilən “WindRunner Radia” uzunluğu 105 metrə qədər olan külək turbinlərinin pərlərini də daşımağa qadirdir və onun ilkin təyinatı da elə bununla bağlıdır.

“WindRunner” təyyarəsinin frontal yükləmə konstruksiyalı bölməsində “F-16” qırıcılarının və helikopterlərin daşınması imkanları onun müstəsna xüsusiyyəti sayılır. Çünki bundan əvvəlki belə daşımalar “F-16”ların qanad və quyruq hissələrinin sökülməsini tələb edirdi. “WindRunner” isə 10 metr qanad açıqlığı və 5,1 metr hündürlüyü olan bu qırıcıları tamlığına heç bir müdaxilə olmadan hədəf nöqtəyə çatdırmağa qadirdir.

Təyyarənin daha bir özəl xüsusiyyəti onun uzunluğu 1 800 metr olan uçuş-enmə zolağından istifadə edə bilməsidir ki, bu da bir çox iri təyyarələr üçün olan tələbdən xeyli aşağıdır.

Qeyd edək ki, “WindRunner” təyyarəsinin sənaye istehsalına 2027-ci ildən başlanılacaq.  

Banner
Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Dünya
04 noyabr 2026 557 baxış
Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Dünya
04 noyabr 2026 557 baxış
Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Dünya
04 noyabr 2026 557 baxış
Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Dünya
04 noyabr 2026 557 baxış
Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Dünya
04 noyabr 2026 557 baxış
Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Dünya
04 noyabr 2026 557 baxış
Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Dünya
04 noyabr 2026 557 baxış
ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir

ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir

Dünya
04 noyabr 2026 557 baxış
Fon der Lyayen qalıq yanacaqlardan asılılığın iqtisadi risklərindən danışıb

Fon der Lyayen qalıq yanacaqlardan asılılığın iqtisadi risklərindən danışıb

Dünya
04 noyabr 2026 557 baxış
Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur

Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur

Dünya
04 noyabr 2026 557 baxış
Seçilmişlər
icon